Vətən müharibəsi iştirakçısına vəzifə verildi

Vətən müharibəsi iştirakçısına vəzifə verildi

Cəlilabad Rayon İcra Hakimiyyətinin Kövüzbulaq kənd inzibati ərazi dairəsi üzrə yeni icra nümayəndəsi təyin olunub.

Kanal1.Az Yurd.media-ya istinadən xəbər verir ki, bununla bağlı rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Orxan Qafur oğlu İmanov təyin edilib.

Qeyd edək ki, Orxan İmanov Vətən müharibəsi iştirakçısıdır.