Rəşad səfərov dəyərli Şəxsiyyət

Rəşad səfərov dəyərli Şəxsiyyət

Azərbaycan Dəmir Yolları QSC-nin 4 nömrəli Bakı yol sahəsinin nümunəvi ustası Rəşad Səfərov, 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin Anım Günü münasibətilə öz dərin hörmət və ehtiramını ifadə edərək, cənab Prezident İlham Əliyevə və ölkəmizin Birinci xanımı Mehriban Əliyevaya səmimi şəkildə başsağlığı ünvanlamışdır.


Rəşad Səfərov bildirir ki, bu gün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük məhəbbət və ehtiramla anır. Heydər Əliyev bütün ömrünü Azərbaycan dövlətinin möhkəmlənməsinə, xalqımızın rifahına, milli kimliyimizin qorunmasına və müasir, güclü dövlətin qurulmasına həsr etmiş tarixi şəxsiyyətdir. Onun düşünülmüş siyasəti, uzaqgörənliyi və qətiyyəti sayəsində Azərbaycan çətin sınaqlardan keçərək bu gün dünyada söz sahibi olan nüfuzlu bir ölkəyə çevrilib.


Rəşad Səfərov vurğulayır ki, Heydər Əliyevin siyasi irsi, onun dövlətçilik məktəbi bu gün də yaşayır və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın hər bir sahəsində – iqtisadiyyatda, ordu quruculuğunda, sosial siyasətdə, beynəlxalq münasibətlərdə əldə olunan nailiyyətlər Ulu Öndərin möhkəm təməllər üzərində qurduğu siyasətin məntiqi nəticəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan qələbə də Heydər Əliyevin müəyyən etdiyi tarixi yolun davamı olaraq xalqımızın qürur səhifəsinə çevrilmişdir.


Rəşad Səfərov həmçinin qeyd edir ki, bir dövlət qulluqçusu və dəmir yolu sahəsinin məsul əməkdaşı kimi, Ulu Öndərin müəyyən etdiyi yola sədaqət onun üçün həm şərəf, həm də mənəvi borcdur. O, Heydər Əliyevin xalqına göstərdiyi xidmətləri unudulmaz məktəb hesab edir və bu məktəbin hər bir çalışan üçün nümunə olduğunu bildirir. Rəşad müəllim Ulu Öndərin ruhuna Allahdan rəhmət diləyərək, onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağını qeyd edir.


O, bu Anım Günü münasibətilə cənab Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya bir daha başsağlığı verərək, Ulu Öndərin həyat və fəaliyyəti boyunca göstərdiyi fədakarlığın Azərbaycan xalqı üçün əvəzsiz dəyər daşıdığını xüsusi vurğulayır. Rəşad Səfərov əminliklə bildirir ki, Azərbaycan dövləti Heydər Əliyevin işıqlı ideyaları əsasında bundan sonra da inkişaf edəcək və daha böyük uğurlara imza atacaq.