Prezident Rauf Vəliyevi vəzifəsindən azad etdi, yerinə təyinat oldu

Prezident Rauf Vəliyevi vəzifəsindən azad etdi, yerinə təyinat oldu

Prezident İlham Əliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Göyüş oğlu Vəliyevi vəzifəsindən azad edib.

Kanal1.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.

Onun digər sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov ASCO-nun sədri təyin edilib.