Prezident İlham Əliyev Cəmil Əliyevi

Prezident İlham Əliyev Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Cəmil Əliyevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Kanal1.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında tibb elminin və səhiyyənin inkişafında xüsusi xidmətlərinə görə Cəmil Əziz oğlu Əliyev "İstiqlal" ordeni ilə təltif edilsin".