Xəbərlər
Ədliyyə Nazirliyinin baş idarələrindən birinə yeni rəis təyin olunub.
Kanal1.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı nazir Fərid Əhmədov əmr imzalayıb.
Əmrə əsasən, Anar Eldar oğlu Qocayev Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi vəzifəsi təxminən iki ilə yaxındır vakant idi.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
© Müəllif hüquqları qorunur 2021-2026