Mossad uzun illərdir Xameneini Tehranın kameraları ilə izləyib

Mossad uzun illərdir Xameneini Tehranın kameraları ilə izləyib

İsrailin xarici kəşfiyyat orqanı Mossad Tehran şəhərinin müşahidə sistemlərinə kiber müdaxilə edərək uzun müddət İranın Ali Rəhbəri Əli Xameneinin yerdəyişmələrini nəzarətdə saxlayıb.

Kanal1.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Məlumata əsasən, İsrailin kəşfiyyat qurumları İran paytaxtında quraşdırılmış yol-nəqliyyat kameralarının böyük hissəsinə çıxış imkanı qazanıblar.

Bu imkan agentlərə Xameneinin mühafizəçilərinin hərəkət trayektoriyası, iş qrafikləri və qaldıqları ünvanlar barədə anlıq məlumatlar toplamağa və dərhal Təl-Əvivə ötürməyə şərait yaradıb.

Qeyd edilir ki, bir kamera xüsusi olaraq agentlərə ali rəhbər Pasteur küçəsindəki iqamətgahına çatdıqdan sonra mühafizəçilərin avtomobillərini harada saxladıqlarını müşahidə etməyə imkan verib.