Məzahir Pənahov yenidən MSK-nın SƏDRİ SEÇİLDİ

Məzahir Pənahov yenidən MSK-nın SƏDRİ SEÇİLDİ

Məzahir Pənahov yenidən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri seçilib.

Kanal1.Az xəbər verir ki, onun namizədliyi bu gün keçirilən iclasda irəli sürülüb.

Təklif səsə qoyularaq qəbul olunub.

Xatırladaq ki, Məzahir Pənahov 2000-ci ildən etibarən MSK-nın sədri vəzifəsini icra edir

Rövzət Qasımov isə Mərkəzi Seçki Komissiyasının (MSK) yeni sədri müavini seçilib. Onun da namizədliyi bu gün keçirilən iclasda irəli sürülüb. Komissiyanın sədr müavinin seçilməsi barədə qərar səsverməyə qoyularaq, MSK üzvləri tərəfindən qəbul edilib.

Mikayıl Rəhimov və Arifə Muxtarova isə Mərkəzi Seçki Komissiyasının (MSK) yeni katibləri seçiliblər.

Onların da namizədliyi bu gün keçirilən iclasda irəli sürülüb və səsverməyə qoyularaq, qəbul edilib.