İran XİN-dən ABŞ-nin ölkənin nüvə obyektlərinə hücumuna sərt REAKSİYA

İran XİN-dən ABŞ-nin ölkənin nüvə obyektlərinə hücumuna sərt REAKSİYA

"ABŞ İranın nüvə obyektlərinə hücum edərək BMT-nin Nizamnaməsini və beynəlxalq hüququ pozub".

Kanal1.Az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı "X" sosial şəbəkə hesabında yazıb.

"Qanuni özünümüdafiəyə icazə verən BMT Nizamnaməsinə və onun müddəalarına uyğun olaraq, İran öz suverenliyini, milli maraqlarını və xalqını qorumaq hüququnu özündə saxlayır", - deyə o vurğulayıb.

Əraqçı əlavə edib ki, BMT-nin hər bir üzvü bu son dərəcə təhlükəli, qanunsuz və cinayətkar davranışdan narahat olmalıdır.