Baş prokuror Kamran Əliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Kanal1.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Kamran Bayram oğlu Əliyev Azərbaycan Respublikasının prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.