Hava kəskin dəyişir, bəzi ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ

Hava kəskin dəyişir, bəzi ərazilərdə qar yağacaq - XƏBƏRDARLIQ

Martın 15-i Azərbaycanın qərb rayonlarından başlayaraq 18-dək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Kanal1.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.