Ekvadorda çimərlikdə asılmış beş insan başı tapıldı: Üzərində dəhşətli mesaj yazılıb

Ekvadorda çimərlikdə asılmış beş insan başı tapıldı: Üzərində dəhşətli mesaj yazılıb

Ekvador çimərliklərindən birində beş kəsilmiş insan başı aşkar edilib.

Bu barədə Kanal1.Az yerli KİV-ə istinadən xəbər verir.

Məlumata görə, asılmış vəziyyətdə tapılmış başların yanında üzərində təhdid mesajı yazılmış taxta lövhə də olub.


"Kənd bizə məxsusdur. Balıqçıları soymağa və "vaksinasiya"ya (peyvənd) davam edin", - deyə taxta lövhədə yazılıb.

Başların 20-34 yaşlarında beş kişiyə məxsus olduğu bildirilir. İlkin versiyaya görə, onlar həftənin əvvəlində qayıqla dənizə çıxdıqları zaman cinayətkarlar tərəfindən saxlanılıb və dənizdə öldürülüblər.

Ekvadorda "vaksinasiya" adlı cinayət termini mövcuddur. Bu, vətəndaşlardan və biznes nümayəndələrindən dəstələr tərəfindən sistematik şəkildə pul qoparılmasını ifadə edir.

Balinaların izlənilməsi ilə məşhur olan Puerto-Lopes turistik şəhərində dəstələr arasında silahlı toqquşmalar baş verir.