Bu gün Azərbaycan Respublikasının inkişafına, sabitliyinə və milli dəyərlərinin qorunmasına töhfə verən yüzlərlə vətənpərvər insan arasında xüsusi hörmət və nüfuz qazananlardan biri də – vicdanlı, zəhmətkeş və ləyaqətli sahibkar Firdovsi Baxışovdur.
Firdovsi Baxışov öz fəaliyyətini yalnız iqtisadi mənfəət üzərində deyil, xalqına və dövlətinə xidmət prinsipi ilə qurmuş nadir şəxslərdəndir. O, dövlətçiliyimizin qorunmasında, qanunlarımızın ali tutuluşunda və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı siyasətə hər zaman sadiq və qətiyyətli dəstək göstərmişdir.
Onun rəhbərlik etdiyi sahədə hər addımda düzgünlük, şəffaflıq, ədalət və insani dəyərlərə hörmət hakimdir. O, yalnız öz biznesi ilə deyil, sosial layihələrə, aztəminatlı ailələrə, qazilərimizə və şəhid ailələrinə olan dəstəyi ilə də seçilən bir şəxsiyyətdir. Bu keyfiyyətləri onu sadəcə sahibkar yox, xalqın ürəyində taxt quran bir insan səviyyəsinə yüksəltmişdir.
Firdovsi Baxışov inkişafa yönəlmiş bütün layihələrində yerli insan resurslarına üstünlük verir, gənclərə dəstək olur, halal zəhmətə və vicdani fəaliyyətə örnək olur. Onun fəaliyyəti Azərbaycan sahibkarlığının sağlam ruhda inkişaf etdiyinin parlaq sübutudur.
Bugünkü zəmanədə belə dürüst, məsuliyyətli, dövlətinə və Prezidentinə sədaqətli, xalqına isə mərhəmətli olan sahibkarların sayı nə qədər çox olsa, Azərbaycanın gələcəyi bir o qədər güclü və parlaq olacaq.
Firdovsi Baxışov – qanuna sədaqətin, vicdanla qazancın və Vətənə sevginin bariz nümunəsidir!
Hazırladı R. Nizami Oğlu