Cəlilabad rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İlham doktor Dövlət başçısının sərəncam və qanunlarına tüpürüb, ayaqlar altına alır

 

 
 
Bir neçə gün əvvəl redaksiyamıza daxil olan şikayəti nəzərinizə çatdırmaq istəyirik. Cəlilabad rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İlham Əliyevin Əmək Qanunvericiliyinin tələblərini kobud surətdə pozması ilə bağlı olmuşdur. 
 
 

Cəlilabad rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İlham doktor Dövlət başçısının sərəncam və qanunlarına tüpürüb, ayaqlar altına alır

 


Bu insan "Heç kim mənə gözün üstə qaşın var deyə bilməz” prinsipi ilə yaşayır. Bəs buna səbəb nədir? İlham müəllim kimə və nəyə güvənərək bu sözləri deyir? Dediyi sözlər, işlətdiyi kəlmələr bununlada kifayətlənmir. Ötən gün Cəlilabad rayon Heydər Əliyev prospektində "Mən dövlət başçısının adaşıyam, mənə heç kəs bata bilmez" sözlərini işlətmişdir. 
İlham doktor Gigiyena və Epidemiologiya Mərkəzində Prezidentin qoyduğu qayda qanunları, verdiyi sərəncamları ayaqlar altına alır. Özbaşınalıq pik həddə çatıb. Ürəyi istədiyi vaxt camaatı işdən çıxarır, işə qəbul eləyir. Bu yaxınlarda bu vicdansız adam mərkəzdə işləyən 10-dan çox işçilə bağlanmış əmək müqaviləsinə birdən-birə xitam verərək onları işdən azad edib. Yəni, Əmək Qanunvericiliyinin tələblərini kobud surətdə pozub. İnsanlar öz işlərini itiriblər. Öz ailələrinə apardıqları bir tikə çörəkdən məhrum olublar. Öz haqqlarını tələb edən insanlar, tək işdən çıxarılmaqla kifayətlənmirlər. Sonralar təhdidlərə məruz qaldıqlarını da dilə gətirirlər. 
Sözə "Sən bilirsən, mən kiməm"? cümləsi ilə başlayan İlham doktor sözünü belə tamamlayır. 
"Sən bilirsənki, bu ölkənin sahibləri-Prezident İlham Əliyev və vitse-Prezident Mehriban Əliyevadır? Mənim bibimoğlu Mehriban xanımın köməkçisidir.
Başqa bir bibimoğlu isə Nazir müavinidir. Hər ikisi Ailəyə yaxın adamlardır. Oğlum isə Bakıda yüksək vəzifədə işləyir. Heç kim mənə "gözün üstə qaşın var deyə bilməz”. "Kim mənə bata bilər bu ölkədə" sözləri ilə qabağındakı insanı qorxutmağa çalışır.
Ən sonda isə camaatı həbslə hədələyir. "Sən heç bilirsən, mən səni kimi neçə adamı həbs eletdirmişəm"? 
İlham doktor demək olar ki, at oynadır. Nəyə və kimə arxayın olduğu isə göz qabağındadır. Onda belə bir sual yaranır.  Dövlət başçımızın adaşı olan hər bir kəs ölkədə at oynadıb, özbaşınalıq etməlidir? 
 Cəlilabadda "Ağ xalata qara ləkə salan” həkim haqqında ölçü götürülməlidir. 
Niyə bəs "Ağ xalata qara ləkə salan” həkim? Çünki İlham doktor baş həkim işləyəndə korrupsiya və rüşvətxorluq əməllərinə görə vəzifəsindən uzaqlaşdırılmışdı. Bunu rayonda kiçikdən-böyüyə hər kəs bilir. Hər kəs onun əsl üzünü çox yaxşı tanıyır. Bir müddət işsiz qaldıqdan sonra GEM-ə direktor təyin edildi. Rüşvətxor və Korrupsiya əməlləri ilə bütün rayonda dillər əzbəri olan birinin gətirildiyi vəzifəyə bir baxın. Əməllərini daha yaxşı icra etsin deyə yəqinki bu işə gətirilib. 
Aidiyyatı qurumlardan məsələ ilə bağlı ciddi tədbir görmələrini xahiş edirik.
Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.


Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər