TƏBİB Perinatal Mərkəzdə araşdırmaya başlayır - “Xəstələr satılır” iddiası

“Kanal1.az”
Respublika Perinatal Mərkəzinin (RPM) baş həkimi vəzifələrini icra edən Məryəm Rzayevanın səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuz işlər gördüyü iddia olunur.

Bu şikayətlə qafqazinfo-ya Mərkəzin həkim kollektivi müraciət edib.

Müraciətdə qeyd olunub ki, Məryəm Rzayeva RPM-də monopoliya yaradaraq, Mərkəzə müraciət edən xəstələri özüylə əlbir olan həkimlərə müəyyən faiz qarşılığında satır:

"Respublika Perinatal Mərkəzində qəbul şöbəsi yoxdur. Qanunla bu olmamalıdır. Bizim mərkəzə müraciət edən xəstələr qeydiyyat şöbəsi tərəfindən aidiyyəti üzrə növbədə olan həkimlərə yönləndirilməlidir. Ancaq Məryəm Rzayeva RPM-in sabiq baş həkimi Sevinc Məmmədovanın dönəmindən qalan qanunsuzluğu davam etdirir. Məsələ burasındadır ki, RPM-də qeyri-qanuni olaraq qəbul şöbəsi yaradılıb. Qanunsuz olaraq yaradılan qəbul şöbəsinə isə nəzarəti Yamən Sultanova edir. Sağlıq ocağına gələn xəstələr Yamən Sultanovanın əliylə monopoliyada yer alan həkimlərə ötürülür. Hamiləliyin müalicəsi ilə müraciət edənlər yalnız Hamiləliyin Patologiya Şöbəsinin müdiri Vəfa Babayevaya, doğuş üçün müraciət edənlər isə həkim Kifayət Əzimovaya müəyyən faiz qarşılığında satılır, ya da Yamən Sultanova onları öz adına yazır. Bu həkimlər növbədə olmayanda da, onlar evdən çağırılıb gətirilir. Xəstələrdən alınan ödənişlərdən də monopoliyanı quran, baş həkim vəzifələrini müvəqqəti icra edən Məryəm Rzayevaya haqq verilir".

Həkimlər iddia edib ki, eyni problem ambulator poliklinka şöbəsində də davam edir:

"Həkimlərin işdə olmasına baxmayaraq, gələn xəstələrə "filan həkim işdə, şəhərdə deyil, o həkimi məsləhət görmürəm. Sizə daha yaxşı həkim verim" deyilərək, yenə hamilə qadınlar monopoliya quran həkimlərə yönləndirilir. Bir sözlə o şöbədə də alver davam edir. İş vaxtı 6 saatdır, amma Yamən Sultanova qeyri-qanuni olaraq 10 saat işdə qalır və öz qanunsuz əməllərini gerçəkləşdirir. Müəyyən pul qarşılığında Kifayət Əzimova üçün də məsul həkim vəzifəsi yaradılıb ki, bu da qanunsuzdur. Ümumiyyətlə, səhiyyə sahəsində "Məsul həkim" məfhumu yoxdur. Belə olan halda xəstələrin doğuşu, əməliyyatı birbaşa onun nəzarətinə keçib. 8 həkim növbədə gözlədiyi halda, Kifayət Əzimova ancaq özü əməliyyatlara girir. Sonda isə yığılan pullar Doğum şöbəsinin müdiri Zəhra Cabbarovada toplanır və daha sonra Məryəm Rzayevaya verilir".

Həkimlərin sözlərinə görə, dəfələrlə məsələ ilə bağlı narazılıqlarını bildirsələr də, qəbul şöbəsinin qanunsuz olması ilə bağlı etiraz etsələr də, bu özbaşınalıq davam edib.



"Yamən Sultanova özünə haqq qazandırmaq üçün dəfələrlə kollektivin içində etiraf edib ki, o, qeyri-qanuni fəaliyyət göstərən qəbul şöbəsində əyləşmək üçün keçmiş baş həkim Sevinc Məmmədovaya 10 min manat pul verib. Son günlərdə dövlətimiz tərəfindən səhiyyə sahəsində baş verən özbaşınalıqlarla bağlı çox ciddi ölçü götürülür. Biz də şəffaflığın təmin olunması üçün bu müraciəti etmək qərarına gəldik". - deyə RPM-in həkim kollektivi bildirib.

Qısa arayış olaraq bildirək ki, 2009-cu ildə istifadəyə verilən Respublika Perinatal Mərkəzinin bundan öncəki direktoru Sevinc Məmmədova olub. O, 2020-ci ilin mayında yol verdiyi nöqsanlara görə işdən çıxarılıb. Məryəm Rzayeva isə əvvəllər mərkəzdə Uşaq Reanimasiya Şöbəsinin müdiri, daha sonra isə direktor müavini olub. Sevinc Məmmədova işdən çıxarıldıqdan sonra, onun vəzifələrini Məryəm Rzayeva icra edib.

Mərkəz bu ilin aprelindən TƏBİB-in tabeliyinə keçdiyi üçün quruma sorğu göndərdik. TƏBİB-dən qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib:

"Məsələ ilə bağlı sözügedən tibb müəssisəsində araşdırma aparılacaq. Eyni zamanda vətəndaşlardan xahiş edirik ki, neqativ hallarla bağlı sübutlar olduğu təqdirdə hüquq mühafizə orqanlarına müraciət etsinlər".

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər