Ev almaq istəyənlərə ÜZÜCÜ XƏBƏR


Daşınmaz əmlak bazarında ilin əvvəli ilə müqayisədə 5 faizlik artım var. Bazarda problem ondan ibarətdir ki, əvvəlki illərlə müqayisədə təklif azdır. Bununla əlaqədar qiymətlər artıma doğru gedir”.

Publika.az xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib.

Ekspert bildirib ki, təkrar mənzil bazarında artım müşahidə edilir:

"Ucuz mənzillər tədricən aradan çıxmaqdadır. Bazara təklif olunan ucuz mənzillərin qiyməti 70 min manata qədərdir. Onlar artıq sıradan çıxmaq üzrədir. 1 otaqlı mənzillərin qiyməti 65-90 min manat arasında dəyişir. Qiymət evin yerindən asılı olaraq dəyişir. Metrostansiyaların yaxınlığında yerləşənlər ən bahalı mənzillərdir. Məsələn, ötən il Nərimanovda 1 otaqlı mənzil 75 min manat idisə, bu gün həmin mənzil 90-95 min manata təklif olunur. "Neftçilər” metrostansiyası yaxınlığında köhnə tipli 1 otaqlı mənzilin qiyməti 75-85 min manatdır.

2 otaqlılar 75-110 min manata təklif olunur. 3 otaqlılar isə 90-150 min manata satılır. Məsələn, ötən il "Nərimanov” metrostansiyası yaxınlığında 3 otaqlı mənzilin qiyməti 95-115 min manat idisə, bu gün həmin mənzillər 135-170 min manata təklif olunur. Ən bahalı mənzillər "Leninqrad” layihəli evlərdir. Çünki onlar ipoteka predmetinə gedir və onların istismar müddəti başa çatmayıb deyə daha çox tələb olunan mənzillərdir.

Yeni tikililərdə 1 kvadratmetrin qiyməti 900-8000 manat təşkil edir. 900 manata olanlar əsasən Qaradağ rayonunda, Sabunçu və Suraxanıda təklif olunur. Orta qiymət 2000 manat civarındadır. Rayonlardan asılı olaraq qiymətlər dəyişə bilir. Səbail, Nəsimi, Nərimanov rayonunda 1 kvadratmetrin qiyməti 1800 manatdan başlayaraq 8000 manata qədər dəyişir. Daha baha olanlar Səbail, Nəsimi, Nərimanov rayonunda yerləşən premium sinfə aid yeni tikililərdədir. Mənzillərin qiyməti təmirdən asılı olaraq da dəyişə bilər. Təmirli evlərin qiyməti təmirsizlə müqayisədə 500-600 manat artıqdır”.

Ramil Qasımzadə torpaq bazarındakı vəziyyətdən də danışıb. O bildirib ki, bu bazarda kritik durum hökm sürür:

"Artıq şəhərin mərkəzində demək olar ki, torpaq tapmaq mümkün deyil. 1 sotun qiyməti yerindən asılı olaraq 2 min manatdan başlayır, 650 min manata qədər təklif olunur. Qaradağda, Sabunçuda qiymətlər təxminən 2 min manatdır. Ətraf qəsəbələrdə bağ üçün olan torpaq sahələrinin orta qiyməti 5 min manatdır. Şəhərə doğru - Nizami, Xətai rayonunda 1 sot üçün qiymətlər 15-60 min manat arasında dəyişir. Nərimanov rayonunda 1 sot üçün qiymətlər 80-350 min manat, Nəsimi rayonunda 120-350 min manat, Səbaildə isə 500-600 min manat təşkil edir. Mərkəzdə kvadratmetri 8 min manata təklif olunan torpağa da rast gəlinir”.

"Qiymətlər hansı istiqamətdə dəyişə bilər?” sualına ekspert belə cavab verib:

"Mənzillərin qiyməti ictimai-siyasi vəziyyətdən asılı olaraq dəyişir. Son vaxtlar İranın təhdidi, ictimai-siyasi vəziyyətin bir qədər gərgin olması daşınmaz əmlak bazarına da təsirsiz ötüşmür. Belə ki, gözləmə mövqeyinə çəkilənlər var. Gərginlik aradan qalxsa, qiymətlər artıma doğru gedəcək.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər