Təbii qazın qiyməti ilə bağlı əhaliyə VACİB XƏBƏR




Noyabrın 15-dən Azərbaycanda istilik mövsümü başlayıb. Mərkəzi istilik sistemindən yararlana bilməyənlər qazla olan qızdırıcılara üstünlük verirlər.

Publika.az xəbər verir ki, havaların soyuması təbii qaza olan tələbatı daha da artırır, eyni zamanda, qazın təzyiqinin müxtəlif ərazilərdə aşağı olduğu bildirilir. Bununla yanaşı, qış aylarında qazın qiymətində artım olacağını düşünənlər də az deyil.

Bəs görəsən, belə bir artım gözləniləndirmi? Evlərə verilən qazın təzyiqinin qənaətbəxş olmaması nə ilə əlaqəlidir?

Mövzu ilə bağlı oxu.az-a açıqlama verən "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev payız-qış mövsümünə hazırlığın may ayından başlanıldığını söyləyib:

"Hər il hazırlıq işinə may ayından başlayırıq. Bu görülən tədbirlər konkret olaraq soyuq aylarda abonentlərə təhlükəsizlik şəraitində və davamlı olaraq qazın verilməsinin təmininə xidmət edir. Hazırlıq istənilən xidmətlər üzərində aparılır. Korroziyaya uğramış hissələrin yeniləri ilə əvəz olunması, yeraltı boru xətlərinin dayaqlar üzərinə qaldırılması, şkafların və avadanlıqların yoxlanılması, yenilənməsi, təzələnməsi, yeni xətlərin çəkilməsi - bunların hər birinə nəzarət olunur".

E.Vəliyev qeyd edib ki, ötən illərə nisbətən bu il qışa daha hazırlıqlıdırlar:

"Qış mövsümü elan olundu. Bundan iyirmi gün öncə qışa tam hazır olduğumuzu elan etdik. Qışa uyğun olaraq qazın təzyiqinin tənzimlənməsi başlanıldı. 2 milyon 500 min abonent qazla təmin olunur.

Müəyyən ərazilərdə adekvat olmayan təzyiq müşahidə oluna bilər. Bu o demək deyil ki, belə də qalacaq. Xeyr. Əməkdaşlarımızın vasitəsilə həmin ərazilərə nəzarət edirik. Hansı ərazilərdə təzyiqlə bağlı qış mövsümünə adekvat olmayan təzyiq müşahidə olunursa, dərhal müdaxilə edirik. Normallaşdırırıq. Təzyiqlə bağlı problemin keçid dövrü qısa olacaq. Böyük bir mənada təzyiq problemi yaşanmır. Lokal ola bilər. Güman edirəm ki, çox ciddi şəkildə abonentlərimiz problem yaşamayacaqlar".

"Qazın qiymətində artım olacağı ilə bağlı məsələ yoxdur. Gündəmdə deyil. Yəni hələ bu məsələ müzakirə mövzusu deyil", - deyə E.Vəliyev əlavə edib.

Son xəbərlər

Araik Azərbaycan vətəndaşlığı istədi - Şok ifadə

Türkiyədə mühüm TOPLANTI: Ermənistana çağırış edildi

İcra Hakimiyyəti 2 il əvvəl istifadəyə verilən məktəbin tikintisinə indi icazə verir?

“Ağ Göl” Milli Parkından qanunsuz tutulan balıqlar Beyləqan, İmişli. Füzuli bazarlarında satılır – İDDİA

Masallıda Ana Təbiətin ANASINI AĞLADIRLAR… – AXI NİYƏ?

Uşaq peyvəndləri ölkəmizə Hindistandan gətirilir? - RƏSMİ AÇIQLAMA

Qaraheybətdə helikopter qəzasından 2 il ötür

Sabahla bağlı CİDDİ XƏBƏRDARLIQ – Bu şəxslər…

“İnsanlar bölgələrdə iş tapa bilmir və paytaxta axın edirlər” – FAKT BUDUR!

Güclü külək İstanbula ciddi ziyan vurdu: Ölən var

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri İSTEFA VERDİ

Möhbalıyev “həmkarlara” ayrılan vəsaitin artırılmasını istədi – Putyovkalar 30 faiz bahalaşdı

Kamaləddin Heydərovun qohumu Ağdaşı belə məhv edir

Qazaxın icra başçısı yeni naziri “ağzından süd iyi gələn uşaq” adlandırıb?

Bakıdakı 136 nömrəli məktəbdə ÖZBAŞINALIQ: Direktor iki ildə NECƏ VARLANIB? – ŞOK FAKTLAR

Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA/VİDEO

Yeni ildə qiymətlər bahalaşacaq? - Komitə sədrindən PROQNOZ

Türkiyəli mütəxəssisdən antibiotik xəbərdarlığı: “Hər gün eyni vaxtda qəbul edilməzsə…”

MTK-ların kommunal ödəniş fırıldağı - VİDEO

Erməni ziyalısı: “Tüpürüm Ermənistana, bu reallığa, hər şeyə!” - VİDEO

Ukraynada müharibə bu tarixdə bitə bilər - YENİ PROQNOZ

Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü

Bakıda bu evlər də BAHALAŞDI - VİDEO

Havanın temperaturu ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənilər Qüdsdə bu ərazini zəbt etdilər: Qədim erməni torpağıdır

Məktəbdə şagirdin özünə xəsarət yetirdiyi üzə çıxıb

Məktəbdə şagirdin özünə xəsarət yetirdiyi üzə çıxıb

Mingəçevir səhiyyəsi dizini yerə qoyub…-Narazılıq

Tovuzda TENDER OYUNBAZLIĞI…BAŞÇININ qaranlıq məqsədi-İLGİNC FAKTLAR

“Bələdiyyə qədər lazımsız qurum varmı?” – Vətəndaş narazıdır // FOTO

Xətai icra hakimiyyətində korrupsiya piramidası – İntiqam Cümşüdov bu sistemin harasında yer alır?

“Bu qədər yanğın hadisələrindən sonra tədbir görülməməsi…” – Heydərova ittiham

25 Noyabr - Kəlbəcər Şəhəri Günüdür

Bütün xəbərlər