Ermənistana silah daşınanda İsrail İranı vurdu - Sensasion səbəb

Ermənistan baş nazirinin Bresseldə AB və ABŞ rəsmiləri ilə görüşü ərəfəsində İrandan SEPAH-a məxsus təyyarələrlə Ermənistana silahların daşınması haqda xəbərlər açıq suallar yaradır: Ermənistana Qərbin hərbi dəstəyi müzakirə edilirsə, silahlar niyə İrandan gəlir?

Publika.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında "Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal Brüssel görüşü fonunda İranın Ermənistana silahlar göndərməsi xəbərlərini şərh edərkən deyib.

A.Camal qeyd edib ki, Brüssel görüşünün Ermənistana hərbi dəstək məsələsinə həsr edildiyi ehtimalı həddən artıq yüksəkdir:

"AB və ABŞ bunu təkzib etsə də, bunu anlamaq üçün qapalı görüşdə olmağa ehtiyac yoxdur. Birincisi, Ermənistana iqtisadi proqram və Rusiyadan asılılıqdan xilas olmaq planı təklif edilmədi, ayrılan yardım simvolik oldu. Bəs bu qədər hay-küylü görüş nəyə lazım idi və qapalı görüşdə nə müzkirə edildi? Qapalı görüşdə bu maliyyənin ayrılması üzərində müzakirələrin aparılmadığı bəllidir. İkincisi, Qərbin məqsədi İrəvanı Moskvadan uzaqlaşdırmaq və Ermənistanda Rusiyanın boşalan yerini doldurmaqdır. Bəllidir ki, açıqlanan maliyyə yardımını görüşün gerçək məqsədini kamufulyaj etmək məqsədi daşıyır və orada əsas müzakirə mövzusunun hərbi-siya istiqamətdə olduğu önə çıxır. Bunu region ölkələri yaxşı anlayırlar, o cümlədən, İran da. Yeri gəlmişkən, məhz Brüssel görüşü ərəfəsində ABŞ ordusunun mobil təlimatçıları Ermənistana gəldi və 1-5 aprel tarixlərində təlimə başladılar. Kənar qüvvələrin regiona gətirilməsinə qarşı olduğunu dəfələrlə bəyan edən İran nəinki Ermənistanın AB missiyası adı altında Qərb qüvvələrini bölgəyə gətirməsinə və bu prosesin daha da genişləndirilməsinə zəmin yaradacaq Brüssel görüşünə etiraz etmədi, həm də görüşdən öncə gedən proseslərin iştirakçısına çevrildi və İrəvana silah daşınmasını həyata keçirir. Məhz bu amil İran və Qərb arasında gizli sövdələşmənin olduğunu, Ermənistanın silahlandırılmasının da bu sövdələşməyə daxil olduğunu deməyə əsas verir. İstisna deyil ki, Qərbin Ermənistan üçün nəzərdə tutduğu silahlar İran tərəfindən tədarük olunur”.

Politoloq bunun bir neçə məqamdan qaynaqlandığını diqqətə çatdırıb:

"Birincisi, Ermənistanın silahlanmasını həyata keçirən Fransanın logistika problemləri var. Fransa silahlarının Ermənistana çatdırılması üçün mütləq Gürcüstan marşrutundan istifadə edilməlidir. Rəsmi Tiflis "Bastion” kimi təhlükə yaratmayan texnikanın keçidinə icazə versə də, Azərbaycan və Türkiyə ilə münasibətlərə görə ağır silahların keçidinə razı olmayacaq.

İkincisi, AB və ABŞ-ın Azərbaycan və Türkiyəyə görə Ermənistanın silahlandırılmasını birbaşa yox, üçüncü ölkələr üzərindən etməsi daha inandırıcıdır, bu, həm də iz azdırmağa hesablana bilər. Avropada bunu edəcək ölkə Fransadır, yaxud Şərqi Avropa ölkələri də bu və ya digər formada prosesdə iştirak edə bilərlər, lakin yenə də tranzit məsələsi problemli olaraq qalır. Bu məqamda Blinkenin Brüssel görüşündən öncə Fransada səfərdə olduğunu, fransalı həmkarı ilə Cənubi Qafqazı müzakirə etdiyini və Sejurnenin də məhz bu zaman Azərbaycan əleyhinə bəyanatlar səsləndirdiyini unutmayaq.

Bu baxımdan, Ermənistanın silahlandırılması işinin İrana həvalə edilməsi, o cümlədən, Hindistanda Fransa istehsalı olan silahların daşınmasından İranın tranzit kimi istifadə olunması daha real görünür”.

A.Camal İrandan SEPAH-a məxsus yük təyyarəsinin Ermənistana reyslərinin tarixinə xüsusilə qiqqət çəkib. O xatırladıb ki, İR4705 bort nömrəli təyyarə 29 martda 12:10-da, 30 martda 14:03-də, 2 apreldə 05:48-də, 3 apreldə 07:32-də, 4 apreldə 12:29-da İrəvana uçub:

"Göründüyü kimi, uçuşlar 29 martda – 5 aprel görüşündən öncə başlayıb. 5 apreldən öncə Brüsseldə Ermənistana hərbi dəstəyin verilməsinin müzakirə ediləcəyi bəlli idi. Bunu bilən İranın Ermənistana silah göndərməsi də Qərbin istəyinə uyğundur və Tehranla gizli sövdələşməyə əsaslanır”.

A.Camal hesab edir ki, Qərb və İran arasında gizli sövdələşmə dəhlizlərlə bağlı ola bilər:

"Hər iki tərəf – Qərb və İran Zəngəzur dəhlizinə qarşı çıxır. Ermənistan üzərində maraqların uzlaşdığını görürük, Fransanın İrəvandakı səfiri də ermənilərin müdafiəsi məsələsində Tehranla anlaşa bildiklərini açıqlamışdı. Tehran Qərbin istəyi ilə Ermənistanı silahlandırmaqla həm də İsraillə münaqişədə müəyyən dəstək qazanmaq, İrana müdaxilə məsələsini sıradan çıxarmaq niyyətindədir”.

Politoloq bütün bunların fonunda İsrailin İranın Dəməşqdəki konsulluğuna zərbə endirməsinin təsadüfi olmadığını bildirib:

"İran konsulluğuna endirilən zərbə Tehrana açıq müharibə elan etməkdir. İsrailin məqsədi də budur. Burada ilk səbəb Qəzza müharibəsində İranın proksi qüvvələr vasitəsilə problemlər yaratması görünə bilər, lakin fikrimcə, əsas məsələ İran və Qərbin Cənubi Qafqazdakı gizli sövdələşməsindən qaynaqlanır. Təl-Əviv anlayır ki, İran Qərbin Cənubi Qafqazda Ermənistan üzərindən həyata keçirmək istədiyi planlara məhz İsrail qarşısında üstünlük qazanmaq məqsədilə dəstək verir. Əgər bu plan baş tutarsa, İsrail İrana qarşı mübarizədə Qərbin dəstəyindən məhrum ola, yaxud ən azı bu dəstək azala bilər. Digər vacib məsələ, Hindistandan başlayan dəhlizin İrandan kənar, Ərəbistan və İsrail üzərindən keçməsinə alternativ Hindistan-İran-Ermənistan "bahalı dəhlizi” də gözdən qaçırılmamalıdır. İran illərdir ki, israrla bu layihəni həyata keçirməyə çalışır və İranın Qərblə Ermənistan üzərində anlaşmasında bu layihəyə dəstək aldığı ehtimalı önə çıxır. Məhz buna görə İsrail İranın konsulluğuna zərbə endirməklə Tehranı açıq müharibəyə çəkmək gedişi etdi. Buna nail olarsa, Qərblə İran arasındak sövdələşmə arxa plana keçəcək. İsrailin zərbəni SEPAH təyyarərinin İrəvana silah daşımağa başlamasından bir neçə gün sonra – aprelin 1-də endirməsi də bunu deməyə əsas verir. İstisna deyil ki, İran tərəfindən İsrailə heç bir cavabın verilməməsi də Qərblə sövdələşmənin məhv olmamasına görədir”.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər