Gündəm / Dünya
30.11.2022, 14:39
Komitə sədri: “İrandan Ermənistana silah daşınmasına etiraz edən 300 güneyli həbs edilmişdi”
"İkinci
Qarabağ müharibəsi zamanı İran vasitəsilə Ermənistana silahların
daşınmasına etiraz edən 300 nəfər güneyli həbs edilmişdi”.
"Report”
xəbər verir ki, bunu Təbriz əsilli və hazırda Fransada yaşayan
azərbaycanlı tədqiqatçı, İran azərbaycanlılarının insan hüquqları
müdafiəçisi, "Ərk” İnsan Haqları Komitəsinin sədri Jalə Təbrizli
noyabrın 30-da Topçubaşov mərkəzi tərəfindən təşkil olunmuş "Urmu
gölünün harayı” adlı tədbirdə deyib.
"İllərdir ki, biz həbs
edilən milli fəallarımızın müdafiəsi üçün işlər aparırıq. Biz çəkinmədən
onları müdafiə edirik”, - o bildirib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay