Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb – Naxçıvana ardı-arası kəsilməyən zənglər…

 

Bəxtiyar Əsgərovun hələ də bu vəzifədə qalması həm Naxçıvanda, həm də Bakıda birmənalı qarşılanmır…

Ötən həftə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovun yaxın zamanlarda Naxçıvanda yüksək vəzifəyə gedəcəyi ilə bağlı xəbər yaymışdıq. Həmin xəbərdə qeyd etmişdik ki, Bəxtiyar Əsgərov Naxçıvanda humanitar sahə üzrə fəaliyyət göstərən qurumlardan birinə rəhbər təyin olunacaq.

Xəbərdə Bəxtiyar Əsgərovun hazırda əsas dəstəkçilərindən birinin Prezidentin Naxçıvanda səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli olduğu bildirilirdi.

Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb

Eyni zamanda onun Naxçıvandan olan siyasi partiya sədrlərinin birinin dəstəyindən də istifadə etdiyi iddia edilir.

Vasif Talıbov Ali Məclisin sədri vəzifəsindən azad edildikdən sonra ona yaxın olan kadrlar vəzifələrindən uzaqlaşdırılsa da, Bəxtiyar Əsgərov yeni rəhbərliklə anlaşaraq kreslosunu qoruya bilib.

AzFakt.com-un əldə etdiyi məlumata görə Bəxtiyar Əsgərov məsələsi Prezidentin Naxçıvanda səlahiyyətli nümayəndəsi Fuad Nəcəflini çətin duruma salıb.

Belə ki, Fuad Nəcəfli vaxtı ilə Talıbovların ən yaxın adamlarından biri kimi tanınan Bəxtiyar Əsgərovu yeni vəzifəyə təyin etməklə hədəfə gəlməkdən qorxur.

Məlumata görə Fuad Nəcəfli Bəxtiyar Əsgərovu Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindədə saxlaya bilmir. Belə ki, Bəxtiyar Əsgərovun hələ də bu vəzifədə qalması həm Naxçıvanda, həm də Bakıda birmənalı qarşılanmır.

AzFakt.com-a daxil olan məlumatda iddia edilir ki, Bəxtiyar Əsgərov hazırda müxtəlif nüfuzlu şəxslər vasitəsilə Fuad Nəcəfliyə xahişçi minnətçi salır ki, onu ya yerində saxlasın ya da yeni vəzifəsəyə təyin etsin. Ancaq bu xahişlərin Fuad Nəcəfli üçün hansı vaxta qədər keçərli olacağı bəlli deyil.

Qeyd ki, Bəxtiyar Əsgərov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ən yaxın kadrlarından, "Naxçıvan xanı”nın paytaxtda "görən gözü-danışan dili” olub.

İddialara görə Bəxtiyar Əsgərov Vasif Talıbovun Bakıdakı adamlarını qeyri-rəsmi kontrolda saxlayaraq onların görüşləri, fəaliyyətləri barədə hesabat verib.

Vasif Talıbov vəzifədə olarkən onun Bakıdakı biznesinin bir hissəsinə də Bəxtiyar Əsgərov nəzarət edib.

Məsələ ilə bağlı Daimi Nümayəndəlikdən mövqe öyrənə bilmədik.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər