Ermənilərin daha bir xəyanəti: Fələstin torpaqlarını satırlar


Fələstin erməniləri bu il miladı gec - yanvarın 19-da keçiriblər. Qəzza zolağında müharibə ab-havası və son vaxtlar çoxlu mübahisələrə səbəb olan daşınmaz əmlak sövdələşməsinə görə İsraildəki bu icmanın mövcudluğuna təhlükə yaranıb.

"Elaph”-ın xəbərinə görə, çoxlu sayda Qüds ermənisi Milad bayramını Erməni məhəlləsində - Köhnə Şəhər divarları arasında yerləşən böyük, həssas torpaq sahəsinin bir hissəsi olan kilsə parkında çadır düşərgəsi salaraq keçirib.

"Bu xain, qeyri-qanuni torpaq sövdələşməsi əslində bizi bura gətirdi" deyə ermənilər bildiriblər.

BBC ərəb xidməti iddia edir ki, Müqəddəs Şəhərdə miladın IV əsrindən mövcud olan bu icmanın 2000 üzvündən çoxu Müqəddəs Yaqub monastırının daş döşənmiş böyük kompleksində yaşayır. Qüds erməniləri siyasi fikir ayrılıqları və ailə münaqişələri ucbatından ciddi parçalanmalara məruz qalıb, ərazidə biznes və daşınmaz əmlak sahibi olan kilsə rəhbərləri arasında da fikir ayrılıqları var. Buradakı etirazçılar podratçıların buldozerlərlə, silahlı mühacirlər və maskalı "quldurlar”la başlatdıqları hücumları birlikdə dəf edə bildiklərini söyləyirlər.

Söhbət hansı sövdələşmədən gedir?

Erməni patriarxı Barrett Yartsian ilə avstraliyalı-israilli yəhudi sahibkara məxsus inşaat şirkəti arasında 2021-ci ildə gizli imzalanan müqavilə ilə bağlı faktlar keçən ilin aprelində ortaya çıxıb. Bu müqavilə çərçivəsində bir müddət əvvəl yaradılmış "Zana Gardens” şirkəti "Cowes Garden" kimi tanınan ərazidəki lüks otelin idarə edilməsi və yeni obyektlərin tikintisi üçün 98 illik icarə hüququ əldə etmişdi....

Artan etirazlar fonunda İordaniya hökuməti və Fələstin Muxtariyyəti sövdələşməni imzalamış keşişin patriarx səlahiyyətlərinə xitam verib. Barrett Yartsian, keçən il Cənubi Kaliforniyaya köçməzdən qabaq İsrail polisinin köməyi ilə Müqəddəs Yaqub monastırını tərk edərkən "satqın” şüarları səsləndirən qəzəbli erməni gənclərin izdihamı ilə əhatə olunmuşdu. .

Sövdələşməyə şəhərin cənub-qərb guşəsinin divarlarına bitişik 11.500 kvadratmetrlik torpaq sahəsi, həmçinin avtomobil dayanacağı, bəzi kilsə binaları və beş erməni ailəsinin evləri daxildir. Bu, Yerusəlimdəki erməni məhəlləsinin təxminən 25 faizini əhatə edir.

Razılaşmaya daxil olan torpaqlar Sion (Sehyun) dağında yerləşir və böyük dini əhəmiyyətə malik olmaqla yanaşı, maliyyə dəyərinə də malikdir, lakin inşaatçı hər il yalnız 300.000 dollar icarə haqqı ödəyəcək. Sıravi ermənilər aldandıqlarını düşünürlər. Çünki bu qiymət Köhnə Şəhərdə iki dükanın icarəsinə zorla çatar. Bu arada erməni hüquqşünaslardan ibarət beynəlxalq qrup işi araşdırmaq və lazımi hüquqi məsləhətlər vermək üçün gəlib.

İsrail buldozerləri söküntü işlərinə başlamaq üçün mübahisəli əraziyə gələndə ermənilər onları dayandırmağa tələsiblər. İddia olunur ki, onlar inşaatçıları silahla da təhdid ediblər.

Ermənilər və onların Qüdsdəki kilsə ruhaniləri daşınmaz əmlakla bağlı razılaşmaya etiraz etmək üçün kilsənin dayanacağında zəif təchiz olunmuş çadırda düşərgə salıblar. Etiraz çadırı qurulduqdan sonra əraziyə basqın etmək üçün digər cəhdlər də qeydə alınıb.

İsrail 1967-ci il müharibəsində İordaniyadan Köhnə Şəhəri və onun müqəddəs yerlərini aldıqdan sonra, İsrail daxilində və xaricində yəhudi sərmayəçilər işğal altındakı Şərqi Qüds üzərində İsrailin əsarətini gücləndirmək üçün mülk satın almağa çalışırlar. Fələstinlilər şəhərin bu hissəsinin gələcək dövlətlərinin paytaxtı olmasını istəyirlər, İsrail yəhudiləri isə bütün şəhəri özlərinin əbədi paytaxtları kimi görür, heç kimlə bölüşmək istəmirlər.

Bu zaman ermənilərin oynadığı rol iyrəncdir. Əvvələn, iddiaların əksinə olaraq Qüdsdə erməni varlığı miladın 4-cü əsrinə dayanmır, Osmanlı hakimiyyətinin son əsrlərinin yaratdığı fəsaddır. İkincisi, İsrailin Şərqi Qüds üzərində iddialarına kömək edəcək sövdələşməyə gedildiyi aşkardır. Belə sövdələşmədən sonra yenidən hay-küy salınması ərəb düşərgəsində də hörmətini saxlamaq, mümkün olsa öz dərisinin qiymətini artırmaq cəhdindən başqa bir şey deyil.

Üçüncüsü, bu faktdan ermənilərin ərəb ictimai rəyində mövqelərinin laxladılması üçün istifadə zəruridir. Sirr deyil ki, xüsusən Fələstin, Livan, İraq, İordaniya, Misir və Suriyanın xristian icmalarının simpatiyası ermənilərin tərəfindədir. Bu faktın mümkün qədər ictimailəşdirilməsi Qüds uğrunda mübarizəni öz dini-tarixi və etnik kimliklərinin mühüm bir elementi hesab edən xristian ərəblərin nəzərində ermənilərin mövqelərini xeyli aşındırmış olardı.

Son xəbərlər

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Prezident: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir

Bu, son 20 ilin ən güclüsüdür - Həkimlər xəbərdarlqı etdi

Sağlamlığa təhlükə yaradan marketinq gedişi: Qadınlar və uşaqlar arasında da yayılacaq

64 yaşlı direktor 2 aydı bir şagirdi məktəb üzünə həsrət qoyub 4-cü sinifdə oxuyan bacısına isə müavin şiddət göstərib FOTO/VİDEO

“Avroviziya-2024”ün ikinci yarımfinalı keçirildi - VİDEO

Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı

Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür

ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

İsa Qəmbər mandat bazarlığına gedib? – Müsavatdan iddialara CAVAB

Bütün xəbərlər