20 Yanvar günü Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək


Yanvar ayının 20-də Metropolitenin iş rejimində dəyişikliklər ediləcək.

Bu barədə Bakı Metropoliten QSC məlumat yayıb.

Bildirilib ki, metronun "20 Yanvar”, həmçinin Şəhidlər Xiyabanına ən yaxın ərazilərdə yerləşən "İçərişəhər” və "Elmlər Akademiyası” stansiyalarında da gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Qeyd edilib ki, tariximizə həm də qəhrəmanlıq salnaməsi kimi yazılmış 1990-cı ilin 20 yanvar hadisəsinin ildönümü Bakı metropolitenində, hər il olduğu kimi, ehtiramla yad ediləcək. Qanlı qırğının miqyasının daha böyük olmamasında Bakı metropoliteninin fədakar kollektivinin xüsusi əməyi olub. Həmin gecə Bakı metropoliteni rəhbərliyinin göstərişilə stansiyalarda səhərə qədər qatarların hərəkəti dayandırılmayıb. Növbədə olan, eləcə də həmkarlarının köməyinə çatan metropolitençilərin fədakarlığı sayəsində yüzlərlə insanın həyatı xilas edilib, yaralılar xəstəxanalara çatdırılıb, metropolitenin stansiya, platforma, tunel və keçidləri günahsız insanların xilas yerinə çevrilib.

O gecənin xatirəsini daim qoruyan Bakı metropolitenində silsilə tədbirlər planlaşdırılıb. Bununla yanaşı, metropolitenin iş rejimində dəyişikliklər ediləcək.

Yanvar ayının əvvəlindən "20 Yanvar” stansiyasının vestibüllərinə, platformasına və digər xidməti sahələrinə baxış keçirilib, zəruri tədbirlərin təşkili üçün tapşırıqlar verilib. Stansiyada bərpa hazırlıq tədbirləri yekunlaşmaq üzrədir.

Yanvarın 19-dan 20-nə keçən gecə "20 Yanvar” stansiyasının sütunlarına və şəhidlərin adlarının həkk olunduğu lövhələrin yerləşdiyi vestibül sahələrində divarlara qərənfil tərtibatlı çələnglər asılacaq. Stansiyanın platformasının hər iki giriş sahəsində qərənfillərdən ibarət xüsusi tərtibatlı çələng qoyulacaq.

Metropolitenin çoxminlik kollektivinin nümayəndələri gün ərzində şəhidlərimizin, o cümlədən müdhiş gecənin qurbanları arasında olan iki metropolitençinin - İlqar Qarayev və Əflatun Kazımovun əbədi xatirəsinə ehtiram olaraq, Şəhidlər Xiyabanını ziyarət edəcək.

Şəhidlərimizin xatirəsinə xüsusi ehtiram əlaməti olaraq, Yanvar ayının 20-si günün birinci yarısında "20 Yanvar” stansiyasının platformasında metropoliten işçilərindən ibarət qarovul dəstəsi düzüləcək. Bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi vasitəsilə günün ruhuna uyğun vətənpərvərlik mövzusunda musiqi parçaları səsləndiriləcək. Qatarlarda stansiyaların adlarını maşinistlər səsləndirəcəklər.

Qeyri-iş günü olsa da, ehtiyat qatarlar xüsusi qaydada nəzərdə tutulacaq və zərurət yaranacağı halda xəttə buraxılacaq.

Bütün ölkədə olduğu kimi, şəhidlərimizin xatirəsinə birdəqiqəlik sükut mərasimi 12:00-da Bakı metropoliteninin bütün stansiyalarında keçiriləcək və qatarlardan 1 dəqiqə ərzində fasiləsiz fit veriləcək. Bu məqsədlə xətlərdə olan bütün qatarlar stansiyalara çıxarılacaq. "Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və kollektivin üzvləri sükut dəqiqəsində stansiyaya gələn sərnişinlərlə, o cümlədən ictimaiyyətin nümayəndələri ilə birlikdə olacaq.

Allah bütün şəhidlərimizin məqamını daim uca etsin!

Son xəbərlər

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Bütün xəbərlər