Ermənilərin dağıtdığı Kəlbəcəri Mahir Abbaszadə də milyonlara sökdürür – Həmkarının əli ilə

 

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Kəlbəcər rayonu 487 ailəlik (birinci mərhələdə -350 ailəlik) Zallar kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri üzrə 02.11.2023-cü il tarixdə başlanılmış açıq tender müsabiqəsi tamamlanıb və "AMAZONE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 353.581,42  manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır. Fond bu barədə məlumatı dövlət satınalmalarının vahid internet portalında 11.12.2023-cü il tarixdə açıqlama verib.

Elə həmin gün Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Kəlbəcər rayonunun 855 ailəlik (birinci mərhələdə -547 ailəlik) Zar kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri üzrə də 02.11.2023-cü il tarixdə başlanılmış açıq tender müsabiqəsi tamamladığını açıqlayıb və "AMAZONE”  MMC ilə 900.050,07 manat məbləğində daha bir satınalma müqaviləsi bağlamağı planlaşdırdığını elan edib.

Qeyd edək ki, bir həftə əvvəl, daha doğrusu 06.12.2023-cü il tarixdə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 02.11.2023 -cü il tarixdə başlanılmış daha bir açıq tender müsabiqəsinin tamamlandığı açıqlanıb. Kəlbəcər rayonu 421 ailəlik (birinci mərhələdə -218 ailəlik) Yanşaq kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri üzrə başlanılmış bu açıq tenderi də "AMAZONE”  MMC udub və tərəflər arasında 189.702,03 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.

Satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan göründüyü kimi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bir həftə ərzində "AMAZONE” Məhdud Məsuliyyətli Cəmiyyətini üç açıq tenderin qalibi seçib və ümumi olaraq 1 443 333 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır.

Açıq elektron axtarış sistemləri üzərindən apardığımız araşdırma zamanı "AMAZONE”  MMC-nin fəaliyyət sferası barədə heç bir məlumata rast gəlmədik. Bir həftəyə 1,5 milyon manat dövlət sifarişləri qazanan MMC-nin maddi texniki bazası barədə axtarışlarımız da nəticə vermədi. MMC-nin nə qədər işçisi olması, bu kimi böyük həcmli söküntü işlərinin həyata keçirilməsi üçün işçi qüvvəsinin, texniki vasitələrinin olub, olmaması sual altındadır.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında "AMAZONE” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri  Lokal Gəlirlər Baş İdarəsində 10.04.2012-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 100 manat olan MMC-nin hüquqi ünvanının dövlət qeydiyyatına alındığı vaxt BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, SALATIN ƏSGƏROVA, ev 195, mənzil 2/3, daha sonra isə NƏRİMANOV RAYONU, AK.HƏSƏN ƏLİYEV ev.82″C” olduğu qeyd olunur. MMC-nin qanuni təmsilçisinin isə Şükürov Əbülfət Tapdıq oğlu olduğu göstərilir.

Apardığımız daha ətraflı araşdırmlar zamanı məlum oldu ki, "AMAZONE” MMC dövlət qeydiyyatına alınanda qanuni təmsilçisi Məmmədov Anar İlyaz oğlu olub. Cəmi 100 manat nizamnamə kapıtalı olan MMC-yə 2017-ci ilə qədər də  Anar Məmmədov rəhbərlik edib. Ondan sonra MMC-yə Aşırov Məsud Mühid oğlu, İslamov Sahib Heybət oğlu Süleymanova Aynur Vəli qızı, Bayramov Nəriman Dilcan oğlu kimi şəxslər rəhbərlik etməyə başlayıb.

Dövlət Vergi Xidmətinin məlumatlarında sözügedən MMC-nin Məmmədov Anar İlyaz oğlu tərəfindən təsis edildiyi göstərilir. Hazırda MMC-nin qanuni təmsilçisi kimi Şükürov Əbülfət Tapdıq oğlu göstərilsə də çox güman ki, Anar Məmmədov təsisçilik hüququnu özündə saxlayır.

Qeyd edək ki, Anar Məmmədov 2020-ci il 9 fevral tarixində keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputat seçilib. 1984-cü ildə Bakı şəhərində doğulan A.Məmmədov Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsində təhsil alıb. O, Ziya Məmmədovun nəqliyyat naziri olduğu illərdə (2006-2009) Bakı şəhər Nəqliyyat Departamentində bölmə rəisi işləyib. Elektron mediada yayılan məlumatlara görə sabiq nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı kimi tanınan, adı mediada daha çox qalmaqallı layihələrdə hallanan Qulam Ələkbərovun kürəkənidi.Qulam Ələkbərov həm də "AQ İnşaatçı Servis” MMC-nin sahibidir. Mediada yayılan məlumatlara görə Anar Məmmədovun ailə üzvlərinin adına Ukraynada da bir neçə şirkət fəaliyyət göstərir.

Məlum olduğu kimi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə də deputatdı. Bu vəzifəyə o 14 noyabr 2018-ci il tarixdə təyin edilib. Elektron media resurslarında onun da geniş biznes şəbəkəsinin olduğu yazılır və məcburi köçkünlər üçün şəhərciklərin, qəsəbələrin tikintisinə Fondun ayırdığı yüz milyonları şəxsi şirkətlərinə, tanışlarına məxsus şirkətlərə verib, milyonlarla "otkat” götür, qonşu ölkədə biznesini inkişaf etdirir. Onun da Gürcüstanda biznesinin olduğu iddia edilir. Göründüyü kimi ermənilərin dağıtdığı Kəlbəcəri Mahir Abbaszadə də pulnan sökür. Deputat həmkarı Anar Məmmədovun əli ilə.

Son xəbərlər

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Bütün xəbərlər