“Yeni Qafqaz”la üz-üzə qalan İran: Tehranı Ankara və Bakıya yaxınlaşmağa nə vadar edir?


Cənubi Qafqazın, xüsusən Azərbaycanın nəqliyyat dəhlizlərinin kəsişmə məkanına çevrilməsi dünya mediasının diqqətindədir. Dünya Bankı Qazaxıstan, Azərbaycan və Gürcüstana yönəlmiş multimodal dəmir yolu və dəniz dəhlizini həyati və etibarlı ticarət marşrutuna çevirə biləcək prioritet tədbirləri müəyyən edən "Mərkəzi Ticarət və Nəqliyyat Dəhlizi” adlı araşdırmasını dərc edib. Araşdırmaya görə, "Orta Dəhliz” ticarət və təchizat zəncirinin dayanıqlığını artıra bilər.

Məsələ İran rəsmiləri və mediası tərəfindən də diqqətlə izlənir. İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Şərqi Azərbaycan vilayətində keçirdiyi görüşlərdə deyib ki, "bu gün biz yeni Qafqazla üz-üzəyik və biz Cənubi Qafqazı dəyişdirəcək bu yeni mühitdə fəal rol oynamağa çalışmalıyıq. Qafqaz dünyanın tranzit və ticarət mərkəzinə çevrilir”. Səfir xüsusən İranın şimal –türk-azəri vilayətlərinin prosesdə yaxından iştirak etməsinə fəallıq göstərir, vilayətləri Cənubi Qafqazla, daha çox isə Azərbaycan respublikası ilə əməkdaşlığa təşviq etməyə çalışır. Bu yaxınlarda İranın Ermənistandakı səfiri Mehdi Sübhani Dağlıq Qarabağla bağlı işlətdiyi və Azərbaycan tərəfindən tənqidlə qarşılanan fikirlərdən sonra Tehrana çağırılmışdı. Hüseyn Amir-Abdullahian "X” (Tvitter) sosial səhifəsində bu görüşlə bağlı yazmışdı: "İranın Azərbaycan Respublikası və Ermənistandakı səfirləri ilə görüşdə Cənubi Qafqaza diqqət və diplomatik sistemin xaricilərin müdaxiləsi olmadan bu regionda daimi sülh və sabitliyin bərqərar olmasına və İranın bu iki ölkə ilə əlaqələrinin inkişafına diqqət yetirilməsi İran İslam Respublikası hökumətinin qonşuluq siyasəti olduğu vurğulandı”. Bunun diplomatik dildən tərcüməsi o demək idi, İran indiki mərhələdə hər hansı uyğunsuz ifadələr üzündən Azərbaycanla münasibətlərin korlanmasını, "dünyanın tranzit və ticarət mərkəzinə çevrilən Qafqaz”da oyundankənar qalmaq istəmir.

Mövzu İranın Naxçıvan Muxtar Respublikasındakı yeni baş konsulu Əziz Mənsuri və Şərqi Azərbaycanın qubernatoru Abedin Xorram arasında görüşdə də müzakirə olunub. Vali xüsusi vurğulayıb ki, vilayətin Culfa şəhərində mövcud dəmir yolu infrastrukturu İran və Qafqaz arasında nəqliyyat və dəmir yolu tranzitinin inkişafı üçün təhlükəsiz marşrutdur: "İran və Azərbaycan Respublikası arasında münasibətlərin ümumi çərçivələrində nəqliyyat Şərqi Azərbaycanın Naxçıvana münasibətdə prioritet məsələlərindən biridir”.

Amma hələ də Azərbaycanın İranı oyundan kənar qoya biləcəyi haqda qorxular da dilə gətirilir. Beynəlxalq məsələlər üzrə ekspert Şüeyb Bəhmən belə qənaətə gəlir ki, Zəngəzur dəhlizi hələ də gündəmdədir.

İranın "eghtesadsaramad” nəşri isə Zəngəzur dəhlizinin geoiqtisadi mövqeyini dəyərləndirib. Qeyd olunur ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi və Gürcüstan dəhlizi Qafqaz regionunda ən mühüm Avrasiya dəhlizləri hesab olunur. Hazırda 824 kilometrlik Bakı-Tbilisi-Qars dəmir yolu Qafqazı Avropa ilə birləşdirən ən mühüm marşrutdur, amma Zəngəzur dəhlizinin yaradılması Gürcüstandan yan keçməklə onun uzunluğunu 330 kilometr azaldacaq. Nəşrə görə, Zəngəzur dəhlizinin məqsədlərindən biri Avrasiyanın, Çinin və Avropanın hər iki tərəfindəki iki böyük iqtisadiyyatı birləşdirməkdir. Çin və Avropa arasında ticarətin 90%-i dəniz yolu ilə həyata keçirilsə də, Zəngəzur dəhlizi son nəticədə qalan 10%-in yalnız kiçik bir hissəsini təşkil edə bilər. Mərkəzi Asiyanın Avropaya əsas ixracı xammaldır, xüsusilə də qalıq yanacaqlar əsasən dəniz yolu ilə daşınır və nəticədə bu dəhliz Mərkəzi Asiyadan Avropaya böyük miqdarda xammalı daşıya bilmir.

Azərbaycanın yalnız enerji daşçıyıcıları deyil, təmiz enerji (elektrik) ixracı imkanları da qonşu dövlət tərəfindən təhlil edilir.

"Tahlilbazaar” Azərbaycan Avropada bərpa olunan enerji paylama mərkəzi olmaq yolunda olduğunu yazır. Xatırladılır ki, 2022-ci ilin dekabrında Azərbaycan və Avropa arasında birgə layihə kimi Buxarestdə Qlobal Şəbəkə keçidi Təşəbbüsü (GGI) adlandırılan layihəyə start verilib və sonradan adı dəyişdirilərək "Enerji Sualtı Kabel” adlandırılıb. Plan hazırda 2,3 milyard dollar dəyərində təxmin edilir. Avropa və Azərbaycan hökumətlərindəki mənbələrin məlumatına görə, bu layihə 2029-cu ilə qədər fəaliyyət göstərəcək.

Qeyd edilir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin böyük enerji transferi layihəsi haqqında danışaraq, bunu Avropa İttifaqı və Cənubi Qafqazı, o cümlədən iki ölkə Azərbaycan və Gürcüstanı bir-birinə yaxınlaşdırmaq üçün əsas hesab edib.

"Tahlilbazaar” qeyd edir ki, Azərbaycanın quruda 27, dənizdə isə 157 giqavat elektrik enerjisi vermək potensialı var və 2027-ci ilə qədər bu potensialın ən azı 4 giqavatının reallaşacağı bildirilir. Ancaq ölkənin daxili elektrik enerjisinə olan tələbatını qiymətləndirsək, onun 80%-dən çoxu artıqdır və ixrac oluna bilər. Digər tərəfdən, bərpa olunan enerji ilə yanaşı, Bakı 2027-ci ilə qədər ixrac sektoruna 6 giqavat elektrik əlavə etmək imkanını açıqlayıb. Adi elektrik stansiyaları sektoru tərəfindən istehsal olunan elektrik enerjisinin əlavə edilməsi ilə ölkənin bu dövrdə Avropaya ümumi elektrik enerjisi ixrac gücü 27 giqavatdan çox artacaq.

Oksford Enerji Tədqiqatları İnstitutunun (OIES) baş elmi işçisi Culian Bouden hesab edir ki, enerjinin Qara dəniz kabeli ilə ötürülməsi Bakını Avropanın mühüm enerji təchizatı mərkəzlərindən birinə çevirəcək. O, həmçinin Qərb texnologiyaları sayəsində Azərbaycan Respublikasının bərpa olunan enerji istehsalında əldə etdiyi uğur və tərəqqiyə toxunaraq bildirib ki, Bakının Avropanın karbonsızlaşdırma siyasətinə uyğunlaşması ölkəyə diqqətin artmasına səbəb olub. İki ölkə, Türkmənistan və Qazaxıstan Azərbaycanla birlikdə Avropaya doğru yaşıl enerji ötürmə şəbəkəsinə qoşulmaq üçün bu istiqamətdə mühüm addımlar atıblar.

Belə həssaslıq yalnız "dünyanın tranzit və ticarət mərkəzinə çevrilən Qafqaz”la bağlı deyil. Enerji məsələlər üzrə ekspert Mirqasem Momeni həyəcan təbili çalır ki, yaxın gələcəkdə İran enerji şəbəkəsi ilə iç-içə olacaq. İranın yerləşdiyi coğrafiyada qonşu dövlətlərin ikitərəfli və ya çoxtərəfli konsorsiumlarla enerji layihələri imzalaması faktdır: "Türkiyə indi İranın iştirakı olmadan Bəsrə körfəzinə qoşulmaq, İraqdan neft tədarük etmək üçün müqavilə bağlayıb, Azərbaycan və Türkmənistan kimi ölkələrdən Bakı-Tbilisi-Ceyhan və ya Zəngəzur dəhlizi, eləcə də Birləşmiş Ştatlar vasitəsilə qaz almaq istəyir. Türkmənistanın Əfqanıstan və Pakistandan keçməklə Oman dənizinə qoşulmağı planlaşdırdığı bir kəmər də var, lakin bütün bu xətlərin yolunda olan İranın heç bir kəməri yoxdur”.

Qeyd edilir ki, Hindistanın "Larsen & Tobro” şirkəti isə bu yaxınlarda "Şahin” neft yatağının işlənməsinin üçüncü mərhələsi çərçivəsində Şimali Qətər Neft Şirkəti ilə müqavilə imzalayıb. Qətərin "Əl-Vatan” qəzetinin yazdığına görə, bu müqavilənin dəyəri platformanın layihələndirilməsi, tikintisi və satınalınması müqabilində təxminən 3 milyard dollar təşkil edir. "Şahin” yatağının işlənməsinin üçüncü mərhələsinin məqsədi qarşıdakı dövrdə bu neft yatağının hasilatını artırmaqdır və bu layihənin həcminə yeni platforma quyusunun quraşdırılması daxildir. Çox da uzaq olmayan gələcəkdə Hindistan Qətərdən neft alacaq və nəticədə İran neftinin bu alıcıya ixracına təsir edəcək”.

Xatırladaq ki, bəzən Suriyadakı vətəndaş müharibəsinin əsl səbəbinin körfəzin neft-qaz ehtiyatlarını Avropaya nəql etməli olan, çəkilməsi nəzərdə tutulan kəmər uğrunda İran və körfəz ölkələri , əsasən də İranla Qətər arasında mübarizə olduğu göstərilir. Hərçənd sonradan Qətər və Səudiyyə Ərəbistanı arasındakı anlaşılmazlıqlar onu İranla yaxınlaşdırmışdı. Görünür, Çin və Hindistanın İran karbohidrogen ehtiyatlarına deyil, İraq və Qətərə üstünlük verməsi, yəni Qərb bazarından sonra Uzaq Şərq və Cənubi Asiya bazarının itirilmə ehtimalının yüksək olması İranı indi Azərbaycan və Türkiyə ilə daha kompromis siyasət yürütməyə məcbur edir. Amma bu siyasətin strateji yanaşma deyil, vəziyyətdən çıxma cəhdi, situativ gəzişmələr olmasını göstərən əlamətlər daha çoxdur.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər