Ombudsman Səbinə Əliyeva Türkiyədə səfərdədir

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın bir qrup əməkdaşı Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun dəvəti əsasında həmin ölkədə rəsmi səfərdədir.

"Kanal1.az" xəbər verir ki, səfərin məqsədi iki qurum arasında əməkdaşlığın möhkəmləndirilməsi və təcrübə mübadiləsi aparılmasından ibarətdir.

S.Əliyeva səfərin ilk günü Anıtqəbirdə Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət edib, onun xatirəsinə öz ehtiramını bildirib.

Səfər çərçivəsində S.Əliyeva Türkiyə Ombudsman institutunda olub, təsisatın fəaliyyəti, şikayətlərin icraatı prosesi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi istiqamətində görülən işlərlə yaxından tanış olub.

Daha sonra Azərbaycan S.Əliyeva və Ş.Malkoç birgə mətbuat konfransı keçiriblər.

S.Əliyeva Azərbaycan və Türkiyə xalqları arasında dərin tarixi köklərə malik əlaqələrin daim inkişafda olduğunu bildirib. Ombudsman həmçinin beynəlxalq səviyyədə ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsində qardaş Türkiyənin göstərdiyi səylərdən danışıb, Azərbaycan xalqının Türkiyənin Vətən müharibəsi dövründə ölkəmizə siyasi və mənəvi dəstəyini yüksək qiymətləndirdiyini qeyd edib. S.Əliyeva dəvəti əsasında ölkəmizdə səfərdə olmuş Ş.Malkoçla birgə Gəncə şəhərində müharibə dövründə Ermənistan tərəfindən terrora məruz qalmış yaşayış məntəqələrində həyata keçirilən faktaraşdırıcı missiya və həmin səfərin yekununda Türkiyə Ombudsman İnstitutunun hazırladığı hesabatın əhəmiyyətini qeyd edib.

S.Əliyeva çıxışında iki ölkənin ombudsman təsisatlarının qarşılıqlı əməkdaşlığı, İƏT Ombudsmanlar Assosiasiyasına üzv ölkələr qismində hər iki qurumun əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına yönəlmiş təlim-seminarlar barədə məlumat verib. Bununla yanaşı, Səbinə Əliyeva Türkdilli Ölkələrin Ombudsmanlar Şəbəkəsinin yaradılması təklifi ilə bağlı fikirlərini bildirib.

Ş.Malkoç çıxışında torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnmiş 44 günlük müharibə dövründə Azərbaycana səfəri zamanı Ermənistan tərəfindən raket hücumları ilə mülki şəxslərin hədəfə alınmasının, insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktların şahidi olduqlarını bildirib.

Səfər çərçivəsində Azərbaycan Ombudsmanının Türkiyənin bir sıra rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.

Ombudsman Səbinə Əliyeva Türkiyədə səfərdədir
Ombudsman Səbinə Əliyeva Türkiyədə səfərdədir
Ombudsman Səbinə Əliyeva Türkiyədə səfərdədir
Ombudsman Səbinə Əliyeva Türkiyədə səfərdədir
Ombudsman Səbinə Əliyeva Türkiyədə səfərdədir
Ombudsman Səbinə Əliyeva Türkiyədə səfərdədir
Ombudsman Səbinə Əliyeva Türkiyədə səfərdədir

Son xəbərlər

Havalar istiləşən kimi bu xəstəliklər yayılacaq - XƏBƏRDARLIQ

Son 20 ilin ən böyük XƏBƏRDARLIĞI - Martın 29-dək...

F-16-lar Rusiyaya qarşı istifadə edilsə, onlar qanuni hədəfə çevriləcək - Putin Qərbi hədələdi

Aprelin 5-nə diqqət: Erməni revanşizmini körükləyən Qərb qanlı planı işə salır

İki il sonra ilk dəfə: Xarkova hava bombası ilə zərbə endirildi

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

D vitamini almaq üçün Günəşin altında nə qədər qalmalıyıq?

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?

Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? - AÇIQLAMA

Müəllim sənəti müqəddəs sənətdir

GƏNCƏ ŞƏHƏR SABİR KÜÇƏSİNDƏKİ MƏHŞUR BAXICI NATAŞA XANIMA KİMLƏR HİMAYƏDARLIQ EDİR VƏ AİDİYYATI QURUMLAR HARA BAXIR?

Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

Sonra da deyirsiiniz ki, turistlər niyə gəlmir… – HARA VƏ NİYƏ GƏLSİNLƏR Kİ?..

Lənkəranın icra başçısını bu səbəbdən öldürmək istəyiblər – İlham İsmayıl ŞOK detalları açıqladı

Elnur Rzayevin rayondan ümumiyyətlə, xəbəri yoxdur…” Belə başçı olar?- GİLEY

Şərlənərək həbs edildiyi iddia olunan şəxsin anası ölkə başçısına müraciət etdi-Şikayət

“WhatsApp”dan videolarla bağlı YENİLİK

Kremldən Ermənistan etirafı: Təəssüf ki...

Azərbaycan 4 kəndi götürəcək və İrəvana... - Paşinyanın qapalı görüşdəki etirafı yayıldı

Paşinyan: “Ermənistan KTMT-də iştirakını dondurub”

Sabah 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Şəmkir rayon Düyərli Tibb Ailə Sağlamlıq Mərkəzinin həkimi Nizami həkim öz peşəsini vicdan və ləyaqətlə icra edir

Mən dünyada müəllimdən yüksək ad tanımıram!

Tələbələr belə hallarda universitetdən xaric ediləcəklər

Moskva terrorunun təşkilatçıları bu ölkədə də qətliam planlaşdırıbmışlar - ŞOK DETALLAR

ÜST havadakı çirklənmənin və insanların vaxtsız ölümünün üstünü açdı

DTX-dən əməliyyat: Azərbaycanda teraktlar planlaşdıran şəxs tutuldu

Moskva terrorunda ittiham olunanları hansı cəza gözləyir?

Əhaliyə xəbərdarlıq - Martın 26-da...

Türkiyə Qəzzaya ən çox yardım edən ikinci ölkədir

Günəşdə partlayış: güclü maqnit qasırğası gözlənilir

Ukrayna Moskvadakı hücumla bağlı ittihamları RƏDD ETDİ

Bütün xəbərlər