Ombudsman Ermənistanın minaladığı ərazilərlə bağlı beynəlxalq təşkilatlara çağırış edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işarə olunmayan minalı ərazilərlə bağlı bəyanat yayıb.

"Kanal1.az" bəyanatın mətnini təqdim edir:

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində insanların həyatı, sağlamlığı və təhlükəsizliyinə təhdid olan işarə olunmamış minalı ərazilərlə bağlı ciddi narahatlığımı ifadə edirəm. Ermənistan və Azərbaycan arasında 44 gün davam etmiş müharibə 10 noyabr 2020-ci il tarixində Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanata əsasən başa çatıb. Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış əraziləri beynəlxalq hüquqa uyğun olaraq azad edilib.

Buna baxmayaraq, azad olunmuş şəhər və kəndlərin Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılması ilə yanaşı, ərazilər işarə olunmadan minalanmışdır. İşğal müddətində həmin ərazilərdə yüz mindən artıq mina yerləşdirilib və Ermənistan hələ də bu minaların xəritəsini verməkdən imtina edir. Müharibənin başa çatmasından sonra hərbi qulluqçular və mülki şəxslərin minaya düşərək həlak olduğu və ya yaralandığı onlarla hal baş vermişdir. Müharibənin bitməsindən bu günə qədər həmin minalar səbəbindən 10 mülki şəxs həlak olmuş, 11 şəxs isə ağır yaralanıb.

Minalar onilliklər boyu aktiv qala və ciddi risk daşıya bilər. Onların mövcudluğu təkcə azad olunmuş ərazilərdə deyil, bütün regionda uzunmüddətli sabitliyə töhfə ola biləcək post-münaqişə dövründə məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına maneə törədir, ümumilikdə bərpa və inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir.

Ermənistan bütün işğal olunmuş ərazilərdə hərbi obyektlərə qarşı nəqliyyat vasitələri əleyhinə minalarla yanaşı, insan əleyhinə minalardan da istifadə etməklə beynəlxalq humanitar hüququn fərq qoymadan hücum etmənin qadağan olunması prinsipini pozur və Azərbaycan üçün həmin minaların ağır nəticələrinin qarşısını alacaq minalanmış ərazilərin xəritələrini verməkdən boyun qaçırır.

1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokoluna əsasən, hədəfi fərqləndirməyən silahların istifadəsi qadağandır. Ermənistan insanların həyat və sağlamlığının qorunmasını təmin etmək üçün qeyd-şərtsiz minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməlidir. Günahsız insanların həyat və sağlamlığını qorumaq və insan hüquqlarının pozulmasına son qoymaq naminə bütün müvafiq beynəlxalq təşkilatları mandatları çərçivəsində təcili tədbirlər görməyə çağırıram".

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər