"Hətta dost ölkələr də bizə deyirdilər ki, Qarabağ..." - Erməni siyasətçidən ETİRAF


"44 günlük müharibədə qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyevin əlində bir çox variantlar vardı, Ermənistan isə müharibədə sanki məğlub olmamış tərəf kimi davrandı”.

Publika.az xəbər verir ki, bunu erməniəsilli tarixçi, siyasətçi, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın xarici siyasət məsələri üzrə keçmiş müşaviri Jirayr Liparityan Massaçusetsdə yerləşən Erməni Araşdırmaları Mərkəzində çıxışı zamanı deyib.

O bildirib ki, BMT Təhlükəsizlik Şurası başda olmaqla nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Ermənistanın dostu hesab etdiyi ölkələr dəfələrlə onlara Qarabağın Azərbaycanın parçası olduğunu bildiriblər, ermənilər isə başqalarının sözlərini eşitməyiblər, ancaq öz bildikləri kimi hərəkət ediblər:

"Reallıq odur ki, BMT Təhlükəsizlik Şurası başda olmaqla beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya, Fransa, İran, Yunanıstan, Kipr kimi dostlarımız həmişə deyiblər ki, Qarabağ müstəqil olmayacaq və o, Azərbaycanın bir parçasıdır. Beynəlxalq ictimaiyyətin bizə mesajı bu olub. Amma biz onları yox, sadəcə özümüzü dinlədik".

J.Liparityan ermənilərin özlərini məhz qurban vəziyyətində rahat hiss etdiklərini deyib:

"Atəşkəs razılaşmasından sonra bizə deyildi ki, işğal edilmiş ərazilər, həmçinin 7 rayon geri qaytarılmalıdır. Amma dinləmədik, sadəcə dünyaya bizim üçün nə etməli olduqlarını dedik. Qurban kimi özümüzü çox rahat hiss etdik".

J.Liparityan fasiləsiz hərəkət edən bu maşını dayandırmalı olduqlarını, hər şeyin onlar üçün daha da pisləşdiyini diqqətə çatdırıb:

"Biz "mən bunu və ya onu istəyərəm” demək lüksünə sahib deyilik. Mən hesab edirəm ki, Azərbaycanla razılaşma imzalamaq mümkündür. Azərbaycan Prezidenti deyir ki, mənim daxili məsələm sizin işiniz deyil. Beynəlxalq ictimaiyyət də bununla razılaşır. Biz isə hər dəfə reallığa zidd hədəflər planlayır, nəticədə də uduzuruq".

Son xəbərlər

Prezident: “Əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək” - VİDEO

Prezident İlham Əliyev: “Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb”

Erməni tragikomediyasının ikinci pərdəsi başa çatdı - VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın dinc erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək”

Prezident: “Kriminal rejimin ünsürlərinin bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar”

Ermənistanda onlarla gənc həbs olundu

Prezident: “Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz” - VİDEO

Prezident Yevlaxda müzakirə ediləcək məsələləri AÇIQLADI

Şəmkir rayon Su anbar idarəsinin rəisi Vaqif müəllim ekologiyanın qorxulu kabusuna çevrilib

Ermənistan birləşmələrinə məxsus növbəti artilleriya qurğularının zərərsizləşdirilməsi - VİDEO

Erməni bloger Paşinyan hakimiyyətini ifşa etdi

MN: “Ordumuz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar yalandır” - VİDEO

Mina qurbanı olan polisimizin doğmalarından ürək dağlayan sözlər - VİDEO

MN: “Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması yalandır” - VİDEO

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın erməni sakinlərini xunta rejimindən azad etmək niyyətindədir”

Qarabağda yeddi mindən çox erməni təxliyə edilib

İrəvanda VƏZİYYƏT GƏRGİNLƏŞİR: 34 nəfər yaralandı, şəhəri iflic etmək üçün...

İRƏVAN QARIŞDI: Rusiya səfirliyi Ermənistana NOTA VERDİ

Erməni silahlıları Ağdamda mülki vətəndaşımızı ÖLDÜRMƏK İSTƏDİLƏR

Azərbaycan XİN: “Erməni sakinlər separatizmi qızışdırmaq üçün siyasi avantüranın girovu kimi saxlanılırlar”

Qarabağdakı terrorçuların sayı açıqlandı: əməliyyatın miqyası kiçik olmayacaq

Təslim olun, əks təqdirdə... - Bakı separatçılara sonuncu şərtini göndərdi

Füzulidə DİN-in 3 əməkdaşı həyatını itirdi, 6-sı yaralandı

Azərbaycan səfiri Meksika mətbuatında erməni nazir müavininin yalan və böhtanlarını ifşa edib

Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub

Xocavənddəki terrorla bağlı iki dövlət qurumundan açıqlama: DTX hərəkətə keçdi

Ermənistan Azıx və Tağlar mağaralarının UNESCO-ya daxil edilməsinə qarşı çıxıb

Rəsmi Bakı: BQXK konvoylarının təhlükəsizliyi ilə bağlı erməni tərəfinin “yaşıl işıq” təmin etmədiyini bildirib

İran XİN Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasına ümid edir

Qida təhlükəsizliyimiz bu adama əmanətdir… bu adam da… – İDDİA

Rüşvətə görə məhkum edilmişdi, məktəb direktoru təyin olundu

Bütün xəbərlər