Qriqoryandan acı ETİRAF: Ermənistanda vəziyyət çox ağırdır...
Ermənistanda vəziyyət çox ağırdır, əldə olan müttəfiqlər onun minimum ehtiyaclarını belə ödəmir”.
Publika.az
erməni mətbuatına istinadən xəbər verir ki, bunu erməniəsilli
beynəlxalq məsələlər üzrə ekspert, Lehiq Universitetinin (ABŞ)
professoru Arman Qriqoryan deyib.
"ABŞ-ın bu regionda
maraqlarının nədən ibarət olduğunu başa düşmək və nəzərə almaq lazımdır.
Gəlib bizi qoruyacaqlar, silah satacaqlar, Türkiyəyə, Azərbaycana,
Rusiyaya qarşı İranla ittifaq bağlayacaqlar kimi illüziyalar, boş
ümidlər olmamalıdır", - ekspert qeyd edib.
Qriqoryan Azərbaycanın
44 günlük müharibədə qalib gəlməsindən sonra regionda mövcud vəziyyətə
də toxunub: "Qələbə çox vaxt öz güclü tərəflərinin yenidən
qiymətləndirilməsinə, bu ölkənin gücündən kənar yeni ambisiyaların əldə
edilməsinə gətirib çıxarır. Hamı Azərbaycana qarşı çox mehribandır,
çoxları onunla yaxın və isti münasibət qurmağa çalışır”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay