Moskvanın Ağdam-Xankəndi yolu üzərində oyunu - Əslində nə baş verir?


Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi bir TIR yük Ağdam-Xankəndi yolundan keçməklə erməni əhaliyə çatdırıldı. Bu, Bakının istəyinə uyğun olaraq, Ağdam yolunun açılması baxımından əhəmiyyətli nəticədir, hərçənd, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi yüklər hələ də Xankəndiyə daxil olmayıb.

Proseslərin inkişafında əsas diqqətçəkən məqam Rusiyanın göndərdiyi TIR-ın Xankəndiyə necə daxil olmasıdır. Separatçı rejimin "rəhbərliyi” yardımın qəbul ediləcəyini açıqlasa da, Rusiyadan göndərilən TIR iki gün Bərdədə gözlədi, səbəb bir qrup erməni təxribatçının Ağdam yolununu bloklaması idi. Lakin sentyabrın 12-də gözümüzü Rusiya TIR-ının Xankəndiyə daxil olması ilə açdıq, erməni mənbələrin məlumatından aydın olur ki, separatçı rejim "qara maskalıları” (ermənilər belə yazır) yolu bloklayanların üzərinə göndərib və onları ərazidən uzaqlaşdırıblar.

Bunun qurulmuş teatr olduğu aydındır: Ağdam yoluna toplanan erməni təxribatçıları separatçı rejim özü ora yerləşdirib, onları ərazidən uzaqlaşdırmaq – yolu açmaq üçün "maskalılara” ehtiyac yoxdur; "maskalıların” gəlişi və təxribatçıların yolu açması rəsmi Bakıya "erməni əhalisi Azərbaycan yüklərinin girişini qəbul etmir” tamaşasının nümayiş etdirilməsi məqsədi daşıyır və oyunun arxasında Rusiya olduğu da sirr deyil.

Rusiya yardımın keçidindən sonra erməni təxribatçıların yenidən yolu bloklaması da sentyabrın 11-dən 12-nə keçən gecə baş verənlərin tamaşa olduğunu təsdiq edən amildir.

Moskva hansı oyunu oynayır?

Rusiyanın məqsədi Laçın yolunun tədarük üçün açılmasıdır, lakin Bakının tələbini – Ağdam-Xankəndi yolunun açılması – yerinə yetirmədən bunun mümkün olmadığını da anlayır. Və belə bir oyun qurur:

- Separatçılar Rusiya yardımını qəbul etməyə razılaşır və yük Bərdəyə gətirilir;
- Erməni təxribatçılar iki gün TIR-ın keçidinə "icazə vermir”, nəhayət, "maskalılar” onları ərazidən uzaqlaşdırır və yardım keçir;
- Daha sonra təxribatçıların yolu bloklaması planı əvvəlki qaydada davam edir.

Moskva öz TIR-ının Ağdam yolundan keçidini təmin etdikdən sonra bir tərəfdən Bakıya "yolun açıldığını”, yəni istəyinin qəbul edildiyini göstərir, digər tərəfdən, bu yoldan yükün qəbuluna qarşı çıxan separatçıların mövqeyini qoruyur; Və məqsəd Bakıdan Laçın yolunun da "yardım” üçün açılmasını istəməkdir.

Azərbaycan bu oyunu yaxşı görür və məhz buna görə də Laçın yolu məsələsində iki prinsipial tələbini davam etdirir:

- Laçın yolundan daşınacaq yüklərə gömrük rüsumları tətbiq ediləcək;
- Beynəlxalq Qırmızı Xaç Komitəsi bu yoldan gömrük rüsumlarının ödənməsi ilə yük keçirəcəksə, eyni vaxtda Ağdam yolundan da yük keçirməlidir;
- Laçından yük keçirmək istəyən bütün ölkələr, yaxud təşkilatlar bu haqda öncə Azərbaycana məlumat verməlidir.

Bu mənzərə Laçın yolunun ümumiyyətlə açılmayacağı, yaxud Bakının şərtləri çərçivəsində ilkin dövrdə açılsa belə, yenə əsas təminat yolunun Ağdam-Xankəndi marşrutu olacağını deməyə əsas verir. Bundan sonrakı proseslər bu pinsip ətrafında davam edəcək: Rusiya prosesi separatçılar üzərindən tormozlamağa çalışacaq, Ermənistan beynəlxalq müstəvidə artıq mənasızlaşan kampaniyaya davam edəcək, Avropada Fransa kimi ölkələr bu məsələdə ermənilərə dəstək verəcək, Xankəndidəki separatçılar isə sona qədər "müqavimət göstərməyə” çalışacaqlar.

Lakin həlledici qərar vermək gücü və imkanı tamamilə Azərbaycandadır. Və rəsmi Bakının iki istiqamətdə hərəkət edə biləcəyi mümkün görünür: Ağdam-Xankəndi yolundan Azərbaycan yükləri keçməyənə və erməni əhalisinə çatdırılmayana qədər heç bir yükün keçidinə icazə verməyəcək; separatçılara qarşı hərbi müstəvidə əməliyyatların keçirilə biləcəyi isə istisna deyil.

Son xəbərlər

Prezident: “Əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək” - VİDEO

Prezident İlham Əliyev: “Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb”

Erməni tragikomediyasının ikinci pərdəsi başa çatdı - VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın dinc erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək”

Prezident: “Kriminal rejimin ünsürlərinin bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar”

Ermənistanda onlarla gənc həbs olundu

Prezident: “Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz” - VİDEO

Prezident Yevlaxda müzakirə ediləcək məsələləri AÇIQLADI

Şəmkir rayon Su anbar idarəsinin rəisi Vaqif müəllim ekologiyanın qorxulu kabusuna çevrilib

Ermənistan birləşmələrinə məxsus növbəti artilleriya qurğularının zərərsizləşdirilməsi - VİDEO

Erməni bloger Paşinyan hakimiyyətini ifşa etdi

MN: “Ordumuz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar yalandır” - VİDEO

Mina qurbanı olan polisimizin doğmalarından ürək dağlayan sözlər - VİDEO

MN: “Rusiya sülhməramlı kontingentinə məxsus mövqeyin atəşə tutulması yalandır” - VİDEO

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın erməni sakinlərini xunta rejimindən azad etmək niyyətindədir”

Qarabağda yeddi mindən çox erməni təxliyə edilib

İrəvanda VƏZİYYƏT GƏRGİNLƏŞİR: 34 nəfər yaralandı, şəhəri iflic etmək üçün...

İRƏVAN QARIŞDI: Rusiya səfirliyi Ermənistana NOTA VERDİ

Erməni silahlıları Ağdamda mülki vətəndaşımızı ÖLDÜRMƏK İSTƏDİLƏR

Azərbaycan XİN: “Erməni sakinlər separatizmi qızışdırmaq üçün siyasi avantüranın girovu kimi saxlanılırlar”

Qarabağdakı terrorçuların sayı açıqlandı: əməliyyatın miqyası kiçik olmayacaq

Təslim olun, əks təqdirdə... - Bakı separatçılara sonuncu şərtini göndərdi

Füzulidə DİN-in 3 əməkdaşı həyatını itirdi, 6-sı yaralandı

Azərbaycan səfiri Meksika mətbuatında erməni nazir müavininin yalan və böhtanlarını ifşa edib

Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub

Xocavənddəki terrorla bağlı iki dövlət qurumundan açıqlama: DTX hərəkətə keçdi

Ermənistan Azıx və Tağlar mağaralarının UNESCO-ya daxil edilməsinə qarşı çıxıb

Rəsmi Bakı: BQXK konvoylarının təhlükəsizliyi ilə bağlı erməni tərəfinin “yaşıl işıq” təmin etmədiyini bildirib

İran XİN Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasına ümid edir

Qida təhlükəsizliyimiz bu adama əmanətdir… bu adam da… – İDDİA

Rüşvətə görə məhkum edilmişdi, məktəb direktoru təyin olundu

Bütün xəbərlər