Həmid Həmidov: “Qarabağ erməniləri ya Azərbaycanı tərk etməli, ya Azərbaycan vətəndaşı olmalıdırlar” - VİDEO


"Dünya ictimaiyyəti İrəvanın yalanları barədə başından bəri məlumatlıdır və atdığı bu addımların səbəbini də çox gözəl bilir”.

Bu sözləri "CBC TV Azerbaijan” telekanalına müsahibəsində "Global Media Group”un media direktoru, jurnalist Həmid Həmidov deyib.

Azərbaycanın nümayiş etdirdiyi humanistlik və Qarabağda yaşayan erməniəsilli sakinlərə yardım göndərməsinə baxmayaraq, İrəvanın regionda humanitar yöndə gərginlik, blokadanın olduğu ilə bağlı iddialar irəli sürməsi və manipulyasiyalarına davam etməsi barədə suala cavabında Həmid Həmidov bildirib ki, dünya ictimaiyyəti hər şeyin fərqindədir.

"Dünya ictimaiyyəti bizim mövqeyimizi və ərazi bütövlüyünün nə demək olduğunu aydın dərk edir. Eyni zamanda, üç il əvvəl nə baş verdiyini, yəni müharibənin nəticələrini də xatırlayır. Ona görə düşünürəm ki, dünya ictimaiyyəti, istər Rusiya tərəfi olsun, istər Avropa və ya ABŞ, hər şeyi gözəl başa düşür. Digər məsələ odur ki, onlar biz istədiyimizi istəyirlərmi?

Və həqiqətin bizim tərəfimizdə olduğunu bildiyimiz halda bizim kiməsə nəyisə sübut etməyimizə ehtiyac varmı?” - deyə o qeyd edib.

Azərbaycan tərəfindən göndərilən humanitar yardımdan imtina edilməsinin Qarabağda yaşayan ermənilər arasında etirazlara səbəb olub-olmayacağı ilə bağlı sualı cavablandıran Həmid Həmidovun fikrincə, bu etirazlar qaçılmazdır.

"Düşünürəm ki, gec və ya tez bu etirazlar mütləq baş verəcək. Çünki onlar gözəl başa düşürlər ki, ya çıxıb getməlidirlər, ya da Azərbaycan vətəndaşları olaraq qalmalıdırlar. Getmək istəyənlər üçün "Laçın” sərhəd-buraxılış məntəqəsi açıqdır və fəaliyyət göstərir, ona görə də burada yaşamaq istəməyənlər rahat şəkildə ərazini tərk edə bilərlər. Qalmaq istəyənlər isə bilirlər ki, onlar Azərbaycan vətəndaşları olaraq həyatlarına davam edəcəklər”, - deyə o bildirib.

Daha ətraflı videosüjetdə:  

Son xəbərlər

Boşanmaların çoxalması aliment məsələsinin daha qabarıq şəkildə üzə çıxmasına səbəb olub

Maaşlar nə qədər artırılacaq? – Noyabrın 1-dək…

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Cənab nazirin bu məktəbdə olanlardan xəbəri varmı?-Şikayət

10 mindən çox insan aldadıldı: Azərbaycanda həyata keçirilən dələduzluğun DETALLARI

Şahmatçımız erməni rəqibini məğlub etdi

Rusiyanın bu regionunda fövqəladə vəziyyət ELAN EDİLDİ

Araz sahilində tarixi mərasim: Əliyev 8 il öncə əslində hansı gedişi etmişdi?

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

İranın vitse-prezidenti qəzadan danışdı: Nümayəndə heyətindən...

Rusiya XİN-dən Qərbə xəbərdarlıq: Odla oynayırsız!

Qəzzada atəşkəs danışıqları dayandırıldı

DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var

Sərhəddə delimitasiya və demarkasiya işi necə aparılır? - Erməni kartoqraf detalları açıqladı

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Bütün xəbərlər