Ombudsman beynəlxalq ictimaiyyəti Ermənistanı qınamağa çağırıb - VİDEO

"Kanal1.az"
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar video-müraciət edib.

Ombudsman Aparatından verilən məlumata görə, Birləşmiş Millətlər Təşkilatı 4 aprel tarixini Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü elan edib.

Müraciətdə qeyd edilib ki, minalar və müharibənin partlayıcı qalıqlarının təhlükəsizlik, mülki şəxslərin sağlamlığı və həyatı üçün ciddi təhdid yaratdığı ölkələrdə minalar əleyhinə əməliyyatlarla bağlı bacarıqlar yaratmaq məqsədi ilə dövlətlər öz səylərini BMT və digər əlaqədar təşkilatlarla birgə davam etdirirlər: “İnsan Hüquqları üzrə Müvəkkil kimi, mən bu gün Azərbaycanın mülki şəxslərinin və hərbi qulluqçularının işğal müddəti ərzində Ermənistanın ölkəmizin ərazilərinə basdırdığı işarələnməmiş minalar səbəbindən həyat və sağlamlıqları üçün ciddi bir təhlükə ilə üzləşmələrindən öz dərin narahatlığımı bildirirəm. Ermənistanın dəfələrlə minalanmış ərazilərin xəritələrini açıqlamağa çağırılmasına baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, bu ölkə tərəfindən bu sahədə əməkdaşlıq istəyi heç vaxt nümayiş etdirilməyib.

10 noyabr 2020-ci il tarixində imzalanmış Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatı Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoydu. İndi isə azad edilmiş torpaqlarda hər kəs üçün təhlükəsiz və dinc bir mühitin təmin edilməsinin vaxtı çatıb və Azərbaycan bu sahədə nəzərəçarpacaq və qətiyyətli səylər göstərir. Ancaq bir milyona yaxın məcburi köçkün hələ də bu geniş ərazilərdə basdırılmış minalar səbəbindən öz yurdlarına qayıda bilmir”.

Nəzərə çatdırılıb ki, azad edilmiş torpaqlarda baş vermiş mina partlayışları nəticəsində 12-si mülki şəxs olmaqla, 20 Azərbaycan vətəndaşı həlak olub, eyni zamanda 17-si mülki şəxs olmaqla 85 vətəndaş ağır yaralanıb. Minaların yaşayış yerlərinin, xüsusən çayların, yol kəsişmələrinin və qəbiristanlıqların yaxınlığında basdırılması öz növbəsində 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və I Əlavə Protokolun kobud şəkildə pozulmasıdır: “Biz hələ də Ermənistan dövlətinin minaların zərərsizləşdirilməsinə dair öz üzərinə düşən vəzifələrini qeyd-şərtsiz yerinə yetirməsini və bölgədə davamlı sülh, insan hüquqlarına hörmət etməsi üçün səy göstərməsini gözləyirik. İşarələnməmiş minalar və onların insan həyatı üçün potensial təhlükəsi ilə bağlı narahatlığımızı bir daha təkrar edərək, bütün müvafiq beynəlxalq təşkilatları Ermənistanı minaların xəritələrini açıqlamadığına görə qınamağa və bu sahədə müvafiq addımlar atmağa çağırırıq”.

Son xəbərlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Çingiz Abdullayev reanimasiyaya yerləşdirilib

Paytaxt marketlərində endirim fırıldağı: “Kassada fərqli qiymətlərlə qarşılaşırıq” - VİDEO

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Güc və enerjini artıran qidalar hansılardır?

“WhatsApp”da yeni funksiya

"Telegram" istifadəçilərinə ÜZÜCÜ XƏBƏR: bu cihazlarda giriş bloklanır

Ermənistan Qazaxın kəndlərini nə vaxt qaytaracaq?

Qanaxmanı 15 saniyəyə dayandıran məhsul HAZIRLANDI

Ukraynada 47 yaşayış məntəqəsi MƏCBURİ BOŞALDILIR

"Telegram" hesabları bu üsulla ələ keçirilir

Rusiya Ukraynaya genişmiqyaslı hava hücumuna başladı

Ömrü uzadan məşğuliyyətlər açıqlandı

Alimlərdən şəkər xəstələrini insulindən ömürlük xilas edəcək təcrübə

Paşinyan müdafiə nazirinə Əliyevdən qorxduğu haqda nələr deyib?

Ermənilər bu ölkədə separatçı bölgə yaratdılar: İrəvan dəstək verdi

ABŞ İrəvana məsləhətçi və hərbi texnika göndərir - Sərhədimizə gəlirlər

Bu universitetlərimiz dünya reytinqində yer tutdu

Hindistan Ermənistana hava dəhlizi açıb?

Boşanmadan əvvəl nələri bilməliyik? - Ali Məhkəmənin yeni qərarının tam mətni

Azərbaycanda Ramazan bayramıdır

Bütün xəbərlər