Gündəm / Dünya
30.12.2022, 11:28
Üçüncü dünya müharibəsi realdır - Sabiq prezident
Polşanın keçmiş prezidenti Aleksander Kvasnevski deyib ki, üçüncü dünya müharibəsi riski realdır.
Publika.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna münaqişəsi başlayandan dünya dramatik dəyişikliklərə məruz qalıb. O bildirib ki, istənilən kiçik münaqişə qlobal xarakter ala bilər.
"Üçüncü dünya müharibəsinin başlanmasından danışmağımızın özü dəhşətlidir. Lakin bizim üçün bu, realdır”, - Kvasnevski "Polsat"a müsahibəsində deyib .
Daha əvvəl fransız siyasətçisi, "Patriotlar" hərəkatının lideri Florian Filippo Ukrayna prezidenti Vladimir Zelenskinin Co Baydenlə danışıqlar aparmaq üçün Vaşinqtona səfərini "üçüncü dünya müharibəsi üçün ittifaq” adlandırmışdı
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay