​ “Növbəti Brüssel görüşü Ermənistanın manevr imkanlarının tükəndiyini təsdiqləyir”​

Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə bağlı sülh danışıqlarının davam etməsi müsbət haldır. Təbii ki, görüşdə müzakirələr mahiyyəti üzrə davam edirsə, bu, irəliyə doğru addım kimi dəyərləndirilə bilər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin koordinasiya etdiyi görüşün yekunlarına dair bəyanatından da aydın olur ki, budəfəki müzakirələr daha əhatəli olub. Sayca 6-cı görüşün əsas uğurlarından biri ərazi bütövlüyü məsələsinə sadiqliklə bağlıdır. Belə ki, Ermənistan baş naziri bu görüşdə də Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini növbəti dəfə tanıdığını bəyan edib. Delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il "Alma-Ata Bəyannaməsi”nə sadiqlik bir daha təsdiq olunub. Separatçıları ən çox hiddətləndirəm məsələ də budur. Belə ki, onlar öz müqddəratını təyinetmə ilə bağlı hələ də əsassız iddialar səsləndirməkdədirlər. Lakin müzakirələrin gedişatı bir daha təsdiqləyir ki, Qarabağ ermənilərinin məsələsi Azərbaycanın daxili işidir və separat niyyətlər danışıqlar masasında da qəbul olunmur.
Brüssel görüşündə həmçinin kommunikasiyaların açılmasına dair də müzakirə davam edib. Son iki ayda əldə olunan irəliləyişlər Brüssel tərəfindən də təqdir olunur. Hətta Avropa İttifaqı dəmir yol xəttinin tikintisinə dərhal başalmaq üçün maliyyə töhfəsi verməyə də hazırdır. Bu isə o deməkdir ki, Ermənistanın kommunikasiyaların açılması ilə bağlı manipulyasiya etmək imkanı qalmayıb. Şarl Mişelin bəyanatında həmçinin əsas prioritetin sülh və normallaşma danışıqlarına lazımi şəraiti təmin etmək üçün zorakılıq və sərt ritorikanın dayandırılması da əksini tapıb. Bu da Ermənistanın intensivləşən təxribatlara son qoymasına dair tələb kimi dəyərləndirilə bilər. Payızda tərəflərin yenidən bir araya gəlməsinə dair razılığını nəzərə alsaq, bu müddəti Ermənistanın dayanıqlı sülh istiqamətində praktik addımlar atması üçün imkan hesab etmık olar. Sadəcə, bu imkanı səmərəli dəyərləndirmək vacibdir. Ermənistan Qranadada Fransa Prezidentinin iştirakına arxayın olub təxribatlar törətməkdənsə, vaxtdan və imkandan düzgün istifadə etməlidir. Çünki yeganə çıxış yolu dayanıqlı sülhü təmin etməkdir.

Son xəbərlər

Saxta pul hazırlamaqda təqsirləndirilən azərbaycanlı alimin həbs müddəti uzadıldı

“İmişli Avtonəqliyyat” ASC-nin ŞÜBHƏLİ HESABATI… – BU NƏDİ BELƏ?!

Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir?

Qarabağ Universitetinə təyin edilən rektor kimdir? – DOSYE

İcra məmurunun qanunsuzluğundan nazirə şikayət olundu – Pulumuzu 2 aydır ki, vermir…

Gəncə Dövlət Universitetində nələr baş verir? Kafedra müdirinin əməllərindən Rektorun xəbəri varmı?Şikayət

Mürsəl İbrahimov Eldar Mahmudovun kadrlarını GÖRƏVƏ GƏTİRİR… – BU NƏDİ BELƏ?!

“Novxanı əməliyyatı” Taleh Bəşirov üçün düşərli olmadı – “Əmlak nəhəngi” ilə bağlı təftiş başlayır…

Bu da Masallının tenderYEYƏNLƏRİ… – İLGİNC SİYAHI…

Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi – ƏNDİŞƏ VAR…

Boşanmaların çoxalması aliment məsələsinin daha qabarıq şəkildə üzə çıxmasına səbəb olub

Maaşlar nə qədər artırılacaq? – Noyabrın 1-dək…

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Cənab nazirin bu məktəbdə olanlardan xəbəri varmı?-Şikayət

10 mindən çox insan aldadıldı: Azərbaycanda həyata keçirilən dələduzluğun DETALLARI

Şahmatçımız erməni rəqibini məğlub etdi

Rusiyanın bu regionunda fövqəladə vəziyyət ELAN EDİLDİ

Araz sahilində tarixi mərasim: Əliyev 8 il öncə əslində hansı gedişi etmişdi?

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

İranın vitse-prezidenti qəzadan danışdı: Nümayəndə heyətindən...

Rusiya XİN-dən Qərbə xəbərdarlıq: Odla oynayırsız!

Qəzzada atəşkəs danışıqları dayandırıldı

DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var

Sərhəddə delimitasiya və demarkasiya işi necə aparılır? - Erməni kartoqraf detalları açıqladı

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Bütün xəbərlər