Vaşinqtondan Kişinyova uzanan Qarabağ masası: Nikol niyə "1 iyun"a hazırlaşır?


Vaşinqtonda fikir ayrılıqlarını həll edə bilməyən Bakı və İrəvan arasında növbəti görüş Brüsseldə, ardınca Kişinyovda keçiriləcək.

Liderlər səviyyəsində baş tutacaq Brüssel və Kişinyov görüşündə Paşinyan ən çox ikinciyə - iyunun 1-də Avropa Siyasi Birliyinin sammiti çərçivəsindəki müzakirələrə ümid edir. Və bu prosesdə əsas diqqətçəkən məqam erməni baş nazirin "1 iyun tarixində sülh müqaviləsini imzalamağa ümid edirəm” açıqlamasıdır.

İrəvanın sülhdən uzaq tələbləri var:

- "29,8 min kvadratkilomtr ərazisi”nin toxunulmazlığını istəyir: bu, Azərbaycan ordusunun çıxdığı sərhəd xəttindən geri çəkilməsi ilə mümkün ola bilər;
- İşğal altındakı 8 kəndin qaytarılmasında problemlər yaradır;
- "Bakı-Xankəndi formatı” ilə Azərbaycan daxilində separatçılığı təşviq edir;
- Qarabağdakı erməni əhalisinin "hüquq və təhlükəsizliyi” üzərindən ərazi iddiasını başqa müstəvidə davam etdirir;

Bu fikir ayrılıqları Vaşinqton görüşündə həll olunmadı. O zaman sual yaranır: Nikol "1 iyun tarixində sülh müqaviləsinin imzalanmasına” niyə ümid edir?

Əslində İrəvanın irəli sürdüyü bu tələblər və dörd gün davam edən Vaşinqton danışıqlarında geri çəkilməməsi "1 iyun” planına hesablanmış gedişdir. Bu tarixdə Kişinyovda "dördtərəfli görüş” – Azərbaycan və Ermənistan liderləri, Fransa prezidenti və Almaniya kansleri – keçiriləcək.

Qərb cəbhəsində Vaşinqton və Brüssel formatı sərhəd və kommunikasiyanın hansı prinsiplərlə açılması məsələsində tam istəyimizə uyğun olmasa da, Qarabağ məsələsində böyük ölçüdə Bakının gündəliyini qəbul edir. Fransa isə Vaşinqton və Brüssel formatına alternativ olaraq, özünün təşəbbüskar olduğu prosesin önə çıxmasına çalışır:

- Bu, Parisə Cənubi Qafqazda regional, Avropada geosiyasi mübarizədə güc mərkəzi olaraq qəbul edilmək hədəfi üçün lazımdır: Makron Şarl Mişelin qurduğu Brüssel formatını ələ keçirməyə çalışsa da, baş tutmadı, nəticədə Rusiya qarşısında alternativ formatın arxa plana keçməsi riskini yaratdı, Vaşinqtonun oyuna birbaşa müdaxiləsi də bundan qaynaqlanır; bu baxımdan, Fransa ayrı masa qurmaq istəyindən əl çəkmir;
- Bu, Qərb platformasında sərhəd və kommunikasiya məsələsində istəyini müəyyən qədər qəbul etdirən İravana Qarabağ planının da nəzərə alınması üçün lazımdır: ötən il Praqada keçirilən "dördtərəfli görüş”də Ermənistan Fransanın dəstəyi ilə "sərhədin SSRİ dağılanda mövcud olan xətlərlə müəyyənləşməsi” mövqeyini nəzəri olaraq qəbul edilməsinə nail oldu; iyunun 1-də yenə Fransanın dəstəyi ilə Qarabağa dair mövqeyinin qəbul edilməsinə çalışacaq;

Bu kimi məsələlər bölgədə praktiki olaraq heç nəyi dəyişdirə bilməsə də, İrəvan ən azı diplomatik masada əlini gücləndirmək üçün bütün imkanlardan istifadə edir. Hərçənd, Bakının buna imkan verməyəcəyi də bəllidir:

- Ötən il Praqada "dördtərəfli görüş”də Paşinyan "sərhəd” məsələsində nəzəri olaraq, önə çıxsa da, Əliyev ərazi bütövlüyünün tanınmasına nail oldu;
- Ötən il Makronun Praqada "əsas vasitəçi” olmaq planını Mişelin masada iştirakı ilə pozan Bakı Kişinyovda Almaniya kansleri Olaf Şolzun iştirakı ilə Fransaya alternativ irəli sürür: Kişinyov görüş təklifini Bakıya Fransanın xarici işlər naziri gətirmişdi, istisna deyil ki, Əliyev bu görüşə Şolzun da iştirakı şərti ilə razılaşıb;

Bunun fonunda Kişinyov görüşünə qədər liderlərin Brüsseldə bir araya gəlməsi Mişelin müəllifi olduğu formatı davam etdirmək istəyi ilə yanaşı, Bakının maraqlarına da uyğundur, çünki Qərb platformasında Qarabağın Azərbaycanın daxili məsələsi olduğu bu formatda qəbul olunub və eyni mövqeyin növbəti görüşdə də sərgiləcəyi şübhəsizdir. Bu həm də Bakı üçün Kişinyova daha güclü mövqe ilə getməyə imkan verəcək.

Ümumi fonda bütün bu görüşlərin nə sülh müqaviləsinin imzalanmasına, nə də bölgədəki proseslərə praktiki olaraq təsir etmədiyi aydın görünür. Bu baxımdan, diplomatik masada müzakirələrin getdiyi vaxt Qarabağda praktiki addımlarla prosesi tamamlamaq ən doğru variantdır. Ki, Laçına post quran Bakının bu prinsip üzərindən hərəkət etdiyi görünür.

Son xəbərlər

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bütün xəbərlər