“Səhiyyə “Şapka Mamed” kimi insanların ümidinə qalıb…” – QALMAQAL

 

 

 

Sosial şəbəkədə tanınmış həkim-psixiatr Abdulla Şıxlinskinin Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri, "şapka Mamed” kimi tanınan Məmməd Qurban oğlu Musayevin "Türk-Amerikan” klinikasını alması, onu qanunsuz olaraq işdən çıxarması və killerlərlə hədələnməsi haqda müraciəti yayılıb.

Tanınmış həkim-psixiatr Abdulla Şıxlinski müraciətində qeyd edir ki, "şapka Mamed” uzun illər Azərbaycanda fəaliyyət göstərən, keyfiyyətli tibbi xidməti ilə tanınan "Türk-Amerikan” klinikasını alıb: "Bundan sonra klinikanın direktoru işdən çıxarıldı, klinikanı tamamilə dağıtmağa başladı.

Klinikaya öz qızını direktor təyin etmiş, işçilərin bir çoxunu, şəxsən mənim özümü qeyri-qanuni olaraq işdən azad etdi. Mən həmin klinikada həkim-psixiatr vəzifəsində işləyirdim. Özü qanunsuz əməllərlə məşğul olan, əvvəllər haqqında bir-neçə dəfə cinayət işi qaldırılmış "şapka Mamed” adı ilə məşhur olan bu adam işçilərdən qanun tələb etməyə başladı. Mənim həkimlik sertifikatımın vaxtının keçdiyini bəhanə edərək, məni işdən azad etdi. Halbuki mən həmin klinikaya işə götürüləndə də, mənim Azərbaycan sertifikatımın vaxtı keçmişdi, lakin mən həmin klinikaya işə girəndə Rusiya Federasiyasında aldığım sertifikatları təqdim etmişdim. Yeri gəlmişkən, qeyd edim ki, mən psixiatriya üzrə Rusiyada fundamental hazırlıq keçmiş həkim-psixiatram, 15 ilə qədər müddətdə Rusiyada məcburi müalicə həyata keçirilən psixiatrik xəstəxanalarda ağır xəstələrlə işləmişəm, hazırda Azərbaycanda heç kimə lazım deyiləm. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyində rüşvətsiz sertifikat almaq mümkün deyil, bunu Məmmədin qızı, ixtisasca həkim olan, hazırda klinikaya rəhbərlik edən Xuraman da deyir. Mən işdən çıxmaq üçün ərizə yazmaq istəmirdim, lakin klinikanın mühasibi və kadr işləri üzrə əməkdaşı Seyrə mənə bildirdi ki, məni onsuz da fiziki olaraq klinikaya buraxmayacaqlar və mən ərizə yazmaqdan imtina etsəm, bu "şapka Məmmədin xoşuna gəlməyəcək, Məmməd adi adam deyil, ətrafında killerlər dəstəsi saxlayır, səni də məhv edər”.
Bu hədə-qorxulardan və klinikada yaranmış vəziyyətdən belə aydın olurdu ki, orada işləmək mümkün olmayacaq.

Məmməd və Xuraman həkimlərin maaş kartlarını özlərində saxlayıb, həmin kartlarla nə dələduzluqlar etdikləri məlum deyil. İşçinin maaş kartı özündə olmalıdır. Bunlar isə kartları alıb özlərində saxlayırdılar. Klinikada həkimlərin qəbulu üçün otaq çatmadığı bir vaxtda Xuraman böyük bir otağı təmir etdirib, özünə əyləncə otağı düzəltdirib. Mənim işdən çıxarkən qanunla almalı olduğum çıxarış vəsaitini mənə verməyiblər. Bəs bu pulu mənə kim verməlidir?”

Həkim şikayətində yazır ki, klinikaya sığorta ilə gələn xəstələrə xidmət göstərilmir: "Pulsuz, xeyirsiz xəstələrdir” deyib başdansovdu yanaşılır. Klinikada həkim-terapevtin otağı axşam 20.00-dan sonra intim əlaqələr üçün görüş otağı kimi istifadə olunur. Mən Xuramandan çıxarış vəsaiti tələb etdikdə, o, mənim ağzımı yummaq üçün yalandan mənə söz verdi ki, mənə sertifikat almaqda kömək göstərəcək, başqa klinikaya işə düzəldəcək, lakin mən kifayət qədər həyat təcrübəsi olan bir insan kimi bu sözlərin hamısının yalan olduğunu bilirdim.”Mən Səhiyyə Nazirliyinə 7000 man pul verib, sənə sertifikat alacağam, pulsuz mümkün deyil”-bu Xuramanın sözləridir. Bir qədər sonra mənə işçilərin birisi vasitəsilə çatdırdı ki, "sertifikat üçün Səhiyyə Nazirliyi 17 min manat pul istəyir, mən onu verə bilməyəcəm, çox baha oldu”-bu Xuramanın sözləridir”.

Həkim şikayətində qeyd edir ki, Azərbaycanda Səhiyyə Nazirliyi bütün səhiyyə sistemini tam nəzarətsiz buraxıb: "Özəl klinikalar indi də bankirlər tərəfindən alınıb-satılır, səhyyə sistemində rüşvət tüğyan edir, həkim sertifikatları pulla satılır. Həkimlərin və xəstələrin taleyini heç kəs fikirləşmir. Səhiyyə "Şapka Mamed” kimi insanların ümidinə qalıb.

Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini yayımlamağa hazırıq.
Musavat.com


Son xəbərlər

Putin Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur etməyib - Lavrov

Suqovuşan və Talışın azad edilməsindən 3 il ötür

Xankəndidə hərbçilərimizə snayper atəşi açan kimdir? - DETALLAR

BMT missiyası Xankəndidə nə ilə qarşılaşdı? - Ermənistanın ifşası

Ermənistana Qərbi Azərbaycan sənədi göndərildi - İrəvandan nə tələb olunur?

BMT: “Azərbaycan hökuməti Xankəndidə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşır”

Lavrov: “Moskva Qarabağda vəziyyəti sabitləşdirmək üçün Bakı ilə işləyir”

Bu gündən hava dəyişəcək, güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ

Bakıda ata qızının sevgilisini niyə boğaraq öldürüb?

Azərbaycanda xəstələrə dərmanlar pulsuz veriləcək? - RƏSMİ AÇIQLAMA

Baş prokuror: “Vaqif Xaçatryan barəsində cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib”

Xankəndidə erməni sakinlərlə görüş gözlənilir

Rusiya sülhməramlıları Qarabağı tərk edən erməni sakinlərin sonuncu reysini müşayiət ediblərRusiya sülhməramlıları Qarabağı tərk edən erməni sakinlərin sonuncu reysini müşayiət ediblər

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs ölüm cəzasına məhkum edilib

Rusiya Ukrayna ilə sərhəddə istehkamları genişləndirib

Ermənistanı yeni itkilər gözləyir - İrəvanda Zəngəzur qorxusu

Dəhliz uğrunda müharibə: Molla rejimi Azərbaycanı çevrilişlə təhdid edir

Azərbaycan polisi gəldi, separatçılar... - 12 gündə Xankəndidə nələr baş verib?

Bakı bu gün onları Xankəndiyə göndərir - plan nədir?

Dördü də Bakının nəzarətindədir - Qarabağdan qaça biləcəklərmi?

Vaxtı keçmiş məhsullar vitrinlərdən yığışdırılmır. Qida Təhlükəsizliyi Agentliyi öz işinə niyə bu qədər laqeyd və məsuliyyətsiz yanaşır?

Xankəndidə xeyli sayda tələ qurğular, silah-sursat aşkarlandı

Zəngilan şəhərindəki çoxmənzilli binaların neçə mənzildən ibarət olacağı açıqlandı

“YAŞAT” Fondu Vətən müharibəsinin əlilləri üzərində əməliyyatın xərclərini ödəyib - VİDEO

Ermənilər könüllü təslim olsunlar - Baş prokuror

Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı

Sərhəddə snayper atəşinin hədəfləri - Paşinyan nə planlaşdırır?

Sabahdan Bakıda bal yarmarkası başlayır

Bəhruz Məhərrəmov: Azərbaycan BMT missiyanın Qarabağa gəlişinə şərait yaratmaqla xoş niyyətini göstərdi

Kamran Əliyev: Erməni separatçılarının törətdikləri cinayətlərin hər biri sənədləşdirilib, 300-dən çox şəxs axtarışa verilib

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib

Goranboy şəhər R.Ağakişiyev adına inteqrasiya təlimli internat tipli gimnaziya məktəbində qalmaqal yaşanıb

Goranboy şəhər R.Ağakişiyev adına inteqrasiya təlimli internat tipli gimnaziya məktəbində qalmaqal yaşanıb

Bütün xəbərlər