Bakı Şəhər Təhsil İdarəsində total rüşvətxorluq İDDİASI… – Ümumtəhsil məktəblərin rus bölmələrində “şıdırığı” bazarlıq
Azərbaycan təhsil sisteminin sağalmayan yarası sayılan və hal-hazırda Bakı şəhər Baş Təhsil İdarəsində gündəlik iş prinsipinə çevrilən rüşvətxorluq və korrupsiya faktları artıq nəzarətdən çıxıb. Mehriban Vəliyevanın idarəyə rəhbər təyin olunmasından sonra burada anarxiya, hərc-mərclik hökm sürür, məktəblərin yağmalanması prosesi sürətlənir.
Mehriban Vəliyevanın yağmalama siyasəti Azərbaycan təhsili üçün üz qarası, utancverici bir hadisədir. Bakı şəhər məktəblərində direktorların vəzifədən azad olunması və yenilərin vəzifəyə təyin olunması, müəllimlərin yerləşdirilməsi, rus bölməsi olan birinci siniflərin qəbulu və komplektləşdirilməsi , eyni zamanda digər sahələrdə rüşvətxorluq tüğyan edir. Bu gün BŞTİ sanki patyaxtın təhsil sektorunu məhv etmək üçün fəaliyyət göstərir. Zəngin ənənələri olan Bakı təhsili bir neçə nəfər rüşvətxor, korrupsioner və karyerist şəxsin əlində girova çevrilib. Mehriban Vəliyeva ətrafına topladığı şəxslərlə birlikdə paytaxtın təhsil sistemində bazar açıb.
BŞTİ-nin rəhbərliyində toplaşan şəxslər bir-birinə düşmən münasibət bəsləyən "rəqiblər”dir. İlk baxışda vahid komanda təsiri bağışlasalar da əslində bir-birini məhv etməyə hazır olan bu şəxslər mümkün olduğu qədər çox qazanmaq üçün bütün vasitələrdən istifadə edirlər. Bu gün BŞTİ intriqalar yuvasına çevrilib. Müxtəlif maraqların toqquşduğu idarədə bir neçə qruplaşma arasında amansız rəqabət və mübarizə gedir. Qarşı tərəfi sıradan çıxarmaq üçün bütün vasitələrdən istifadə edən qrupların savaşında isə Bakının təhsil sistemi sıradan çıxır. Daha çox qazanmaq uğrunda açıq rəqabət aparan bu qruplaşmaların fəaliyyəti nəticəsində Bakı məktəbləri rüşvət burulğanında məhv olmaqdadır.
BŞTİ bu yarıtmaz idarəçilik ucbatından yersiz intiriqalara meydan
olub. İdarədə olan daha peşəkar, öz işinin ustası olan kadrlar əslində
müxtəlif yollarla təqib olunur, fəaliyyətinə əngəllər törədilir. Arada
olan intriqalar artıq sərhədd tanımır. İdarədə hökm sürən hərc-mərclik,
intriqalar artıq o həddə çatıb ki,tərəflər bir-biri haqqında olan
kompromatları mediaya sızdırır, bu yolla qarşı tərəfi susdurmağa
çalışır. Rubrika.Az saytına daxil olan məlumatlara görə, belə "kompromat
savaşı” BŞTİ-də artıq uzun müddətdir ki, davam edir. Verilən
məlumatlara görə, mediaya sızdırılan məlumatların arxasında elə BŞTİ-nin
məsul əməkdaşları-konkret olaraq idarənin hazırki rəhbəri M Vəliyevaya
yaxın olan adamlar durur Hər kəs bilir ki Bakı təhsilini Mehriban
Vəliyevadan çox keçmiş nazir müavini Məhəbbət Vəliyeva idarə edir
Rubrika.Az saytının xüsusi araşdırması bu idarədə əslində nələrin baş
verdiyini faktlarla subutlarla dırc edəcəyik Bu barədə növbəti yazımızda
ətraflı məlumat verəcəyik. Vəzifəyə yüksək səlahiyyətlilər tərəfindən
gətirilməsinə baxmayaraq daha "uzaqgörən siyasət” yürüdən Mehriban
Vəliyeva BŞTİ, eləcə də paytaxt məktəbləri, direktorları barəsində
kompromat xarakterli məlumatları gizli olaraq özünə yaxın adamların
vasitəsilə media qurumlarına ötürür Eyni funksiyada müdirindən heç də
geridə qalmayan BŞTİ-də rahat yuva quran qruplaşmalar bu gün də öz
ampulasındadır.
BŞTİ-də yaranmış rüsvayçı, təhsil adına üz qarası olan vəziyyətlə bağlı
bəzi suallarımızı cavablandırmaq üçün idarənin rəhbərliyinə
ünvanlayırıq.
1. Mehriban Vəliyevanın BŞTİ-nə rəhbər təyin olunmasından sonra paytaxtın təhsil sistemində hökm sürən rüşvətxorluq və korrupsiya hallarının artmasının səbəbləri nədir? Bəlkə vəd etdiyiniz islahatlar paketi elə bundan ibarət olub.
2. Müxtəlif media orqanlarında M. Vəliyevanın , eləcə də digər rəhbər şəxslərin ağlasığmaz sərvəti haqqında məlumatlar yayılır. Tərəfinizdən təkzib olunmayan bu məlumatlarda göstərilən sərvəti məmur maaşı bir neçə yüz ilə toplamaq münmkündür. Bəlkə bu sehirli zaman yolçuluğunun sirlərini bizlərə də izah edəsiniz.
3. BŞTİ-nin rəhbərliyində hökm sürən intriqalar- qruplaşmalarının mübarizəsi paytaxtın təhsil sistemini məhv edir. Bu mübarizənin və keçmiş təhsil nazirinin müavini Məhəbbət Vəliyeva tərəfindən himayə olunması barədə məlumatlar daxil olur. Bu barədə sizlərin açıqlamalarınız çox maraqlı olardı.
4. Rəhbərlik etdiyi dövlət qurumu barəsində KİV-lərə kompromat ötürmək hansı mənəviyyata və peşə əxlaqına sığır?
5.Bir çox Bakı məktəblərində gizlədilən vakant müəllim yerlərinin dərs ili başladıqdan sonra, yəni təhsil sistemində verilən «oş»dan sonra göbələk kimi meydana çıxmışdır bunu nə ilə izah edə bilərsiniz?
6 ..Paytaxt məktəbərində I siniflərin rus bölmələrinə qəbul, eyni zamanda şagird yerdəyişmələri zamanı baş verən total rüşvətxorluq barəsində məlumatlar verilir. Belə bir həssas məqamda məktəbə ilk qədəmlərini atan körpələrin rüşvətlə qarşılanmasına nə ad vermək olar? İmkanlılar övladlarını yaxşı məktəblərdə oxudurlarsa bəs kasıblar neyləməlidir? Bəlkə paytaxt məktəbərini kateqoriyalara bölmüsünüz?
7.Paytaxt məktəbərinə işə qəbul prosesində dəhşətli saxtakarlıqlar hökm sürür. Vakant yerlərin gizlədilməsi, tapşırıqla, müxtəlif maraqlar müqabilində işə qəbul və ya yerdəyişmə prosesinin aparılması adi hal alıb. Bütün bunlar sizdən xəbərsiz baş verirmi? Xəbəriniz yoxdursa, BŞTİ necə idarə olunur, yox xəbəriniz varsa bu gözünüzün qarşısında baş verən bu qanunsuzluqlara niyə göz yumursunuz?
Məktəblərin birinci siniflərinə şagird qəbulu sahəsində də
total saxtakarlıq və rüşvətxorluq halları hökm sürür. Xüsusilə rus
sektoruna qəbul prosesində heç bir qayda-qanuna məhəl qoyulmur. Başda
Bakı şəhər baş təhsil idarəsinin müdürü Mehriban Vəliyeva olmaqla
aidiyyatı məsul şəxslər şagirdlərin elektron qaydada qəbulu prosesinə
müdaxilə edərək öz maraqlarını təmin edir. Rus sektoruna birinci
siniflərə qəbul zamanı bəzi şagirdlər böyük marağlarla apelyasiya adı
altında imtahanlardan keçirirlər. Saytımıza verilən məlumatlara görə
dərs ilinin sonu olmasına baxmayaraq Bakı şəhəri üzrə Təhsil İdarəsində
şıdırğı alver gedir. Növbəti dərs ilinin "beh”ini bəri başdan alan
BTİ-nin əməkdaşları hazırlıq qruplarına,birinci siniflərə qəbul üçün
əməlli-başlı "tas” qoyublar. Məlumatlara görə əməliyyatlara şəxsən
BŞTİ-nin müdiri Mehriban Vıliyeva rəhbərlik edir. Daha çox keçmiş nazir
müavini Məhəbbət Vəliyevanın kadrı kimi tanınan müdür xanımın bu aralar
qılıncının arxası da kəsir,qabağı da. Hazırlıq qruplarına,birinci
siniflərə qəbul üçün hər bir məktəbə ayrıca "tas” qoyan Mehriban xanımın
haqqı çatmayan bir uşağa belə yaşıl işıq yandırmadığı bildirilir. Onun
kabinetindən keçməyən heç bir direktorun qəbul siyahısı təsdiq edilmir.
Bu isə Vəliyevalar komandasına iri məbləğdə pullar qazandırır. Özünü
Məhəbbət Vəliyevanın kadrı kimi "toxunulmaz” statusunda hiss edən
Mehriban xanım BŞTİ-də böyük biznes şəbəkəsi formalaşdırıb. Biznesini
isə körpə fidanların, kiçik yaşlı məktəblilərin üzərində formalaşdırıb.
Verilən məlumatlara əsasən xüsusilə rus sektoruna qəbul prosesində
kütləvi rüşvətxorluq baş alıb gedir. Burada həm də qiymətlərin baha
olması diqqəti cəlb edir. Qısacası Mehriban xanımın formalaşdırdığı
sistem nəticəsində qəbul prosesində vəziyyət "rusca”dır.
Müdhiş rüşvət mexanizmini reallaşdırmaq üçün M. Vəliyeva özünə xüsusi
şəbəkə də formalaşdırıb. BŞTİ-nin umumtəhsil məktəblərdə işin təşil
şöbəsinin müdürü Fuad Babayev "qəbul maxinasiyalarının” əsas
simalarından hesab olunur. Məhz onlar M. Vəliyeva ilə məktəb
direktorları arasında "körpü” rolunu oynayırlar.
Saytımıza verilən məlumatlara görə BŞTİ-də baş verənlər ciddi narazılıq
formalaşdırır. Təkcə valideynlər deyil,məktəb rəhbərləri də
şikayətçidirlər. İbtidai siniflərə qəbul prosesində ayaq açıb "yeriyən”
rüşvətxorluq, özbaşınalıqları təhsil adına bir ləkədir. Nazir E.
Əmrullayevin adından istifadə edərək total rüşvətə meydan açan M.
Vəliiyevanın əməlləri öz cəzasını almalıdır. Təhsil adına bunca rəzalətə
yol vermək olmaz. Ölkə rəhbərliyinin, o cümlədən Vitse-prezident
Mehriban xanım Əliyevanın məsələyə təcili müdaxilə etməsi vacibdir.
Rubrika az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay