Lənkəranda torpaq sürüşməsi olub, yeddi kəndi birləşdirən yolun bir hissəsi çöküb - FOTO

 

 

Lənkəranda torpaq sürüşməsi olub.

"Report”un Cənub bürosunun məlumatına görə, son günlər yağan güclü yağışlar torpaq sürüşməsinə səbəb olub.

Dağlıq ərazidə yerləşən 7 kəndi birləşdirən Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun 4 yerində hərəkət zolağı sürüşməyə məruz qalıb. Yolun bir hissəsi yarım metrədək çökdüyündən nəqliyyatın hərəkəti üçün təhlükə yaranıb. Yolun yuxarı hissəsindən torpaq qatının və qaya parçalarının sürüşməsi səbəbindən asfalt örtüyün bir hissəsi və qoruyucu baryerlər sıradan çıxıb.

Hirkan-Daşdatük-Biləsər avtomobil yoluna nəzarət edən "48 nömrəli yol istismarı” MMC-nin istehsalat üzrə mühəndisi Natiq Cavadov bildirib ki, yolda baş verən problemi aradan qaldırmaq istiqamətində müəyyən işlər görülür:

"Lakin baş verən sürüşmələri tam aradan qaldırmaq bizim imkanlarımız xaricindədir. Bunun üçün də dövlət dəstəyi lazımdır ki, yolda bərkitmə işlər görülsün. Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyindən mütəxəssislər bu işə cəlb olunublar. Mütəxəssislərin iştirakı ilə sürüşmə yerlərinə baxış keçirilib, şəkillər çəkilib və layihə-smeta sənədləri hazırlanıb”.

Qeyd edək ki, Hirkan - Daşdatük - Biləsər avtomobil yolu 22 km olmaqla, sərt dağ yamaclarından və sürüşmələri aktiv olan hissələrdən keçir. Yol 2018-ci ildə Dövlət İnvestisiya Proqramı layihəsi çərçivəsində əsaslı olaraq təmir edilib və istismara təhvil verilib.

Son xəbərlər

Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkarlanıb - FOTO

İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidentini qəbul edib - YENİLƏNİB + FOTO

Vaxtilə Gürcüstandan müalicə üçün gəlirdilər, indi isə həkim tapılmır - FOTO

İrandan Azərbaycana qanunsuz yolla keçmək istəyən əcnəbilər saxlanılıblar - FOTO

“Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilir - FOTO

İlham Əliyev iki ölkə ilə imzalanmış sənədləri təsdiq etdi

“Qarabağ”dan ilk transfer: Fransızı heyətinə qatdı

Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalarla bağlı şərtlər dəyişdi - QƏRAR

Baş nazirdən dövlət xidmətinin əməkdaşlarının maaşları ilə bağlı QƏRAR

Emin Əmrullayev valideynlərə çağırış edib

Ailələrə sevinc bəxş edən şəfalı əllər sahibi həkim mama-ginekoloqu Şəhla həkim

Məktəblərdə açılan “bazar”: – “Direktorlar otaqları müəllimlərə satır”

25 nəfəri aldadıb 70 min manat ƏLƏ KEÇİRDİ… – Özü də ƏLƏ KEÇDİ

Gəncədə səhiyyə sistemi “CANINI TAPŞIRIB”… – Beləsinə CAN TAPŞIRMAQ OLAR?

Hər məhkumdan 10-15 min manat rüşvət alınıb… – Pul verə bilməyən şəhid qardaşı komissiyadan keçə bilməyib…

Dövlət pul ayırır ki, elm inkişaf etsin… nazir altına YUMŞAQ MEBEL ALIR… – FAKT BUDUR!

Bütün Ermənistan İlham Əliyevdən amnistiya diləyəcək - Erməni ekspertdən şok etiraf

Xankəndiyə edilən zənglər: “Azərbaycan kəşfiyyatı gəlir” qorxusu başladı

Yataqxanada olan ailələri məcburi köçürürlər? - VİDEO

Paşinyan AÇIQLADI: "Razılıq verildi ki, bu xəritələr ilə..."

DİM sosial şəbəkə istifadəçilərinə müraciət edib

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Azərbaycanda adam öldürüb və pul verib dəlilik kağızı almaq olar?… – Cənnət və cəhənnəm söhbəti….

Astara xəstəxanasında xəstələrin uzun növbəsi: – “Dərman çatışmazlığı var”

Ağdamda və Göyçayda nə baş verir? – Xəsarət alan var

Balakəndə avtovağzalın direktoru iki xanım kassiri “gözümçıxdıya salıb”- SƏBƏB?

Bakıda bu küçələrdə evlər söküləcək - Sakinlərə yeni mənzillər, kirayə pulu veriləcək

Separatçılar Əliyevin son təklifindən imtina etdi - Ordumuz Xankəndiyə girir

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır

Şarl Mişel: “Azərbaycan-Ermənistan dövlət rəhbərlərinin görüşünü səbirsizliklə gözləyirik”

Azərbaycan ordusunun antiterror əməliyyatı: Başlamağı ilə bitməyi bir olacaq

Siyəzən icra hakimiyyətinin HÜQUQ ANLAYIŞI BUDURMU? - Bir araşdıran olsa...

Dəhşətli qəzada öldüyü deyilən sürücünün meyiti yoxa çıxdı

Bütün xəbərlər