Ağcabədi-Xocavənd yolunda işlər yekunlaşmaq üzrədir - FOTO

Prezident İlham Əliyevin Ağcabədi rayonunun Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq yenidənqurma işləri son mərhələ üzrə davam etdirilir.

Agentlikdən “Kanal1.az”-a verilən məlumatda qeyd edilir ki, uzunluğu 41 km olan və Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolları başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun müxtəlif km-lik hissələrindən götürür.

Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən yollar əsasən çınqıl örtüklü və torpaq əsaslı olduğundan təbii faktorların, suvarma və qrunt sularının təsirindən yararsız vəziyyətdə idi, torpaq yatağının eni normativlərə cavab vermirdi və yolun bir çox hissəsində təbii relyef ilə eyni səviyyədə idi. Bu səbəbdən yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq əsaslı şəkildə təmirinə ehtiyac var idi.

Dövlət başçısının müvafiq sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "Azəryolelmitətdiqatlayihə İnstitutu" MMC tərəfindən avtomobil yollarının V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilməsi məqsədilə yol layihəsi hazırlandı. Layihəyə uyğun olaraq yolun bir-neçə marşrut üzrə yenidən qurulmasına start verildi. Bu Avşar, Salmanbəyli, Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 27.4 km uzunluğa malik yollar, həmçinin 5.6 km Avşar, 2.9 km Salmanbəyli, 4.5 km Aşağı Avşar və 0.6 km Xocavənd kəndlərinin daxili yolları idi.

Layihənin birinci mərhələsi üzrə aparılan işlər çərçivəsində ilk olaraq Avşar kəndinə gedən 10 km-lik yolun, həmçinin kəndin 5.6 km-lik daxili yollarının yenidən qurulmasına başlanıldı.

Aparılan yenidənqurma işləri çərçivəsində yararsız örtük mexanizmlə söküldü, yolun deformasiyaya uğramış hissələri ekskovatorla qazılıb çıxarıldı, ardınca yolun dərədən keçən hissəsinin və torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmiri aparıldıqdan sonra karxana çınqılı ilə qazılmış və yuyulmuş hissələr dolduruldu, torpaq yatağının bərpası işləri görüldü.

Yollar boyu mövcud suötürücü borular çökərək istismara yararsız vəziyyətdə olduğundan yenidən təmir olunmasına, həmçinin əlavə olaraq yeni boruların qoyulmasına ehtiyac yarandığından müxtəlif diametrlərə malik metal və dəmir-beton boruların quraşdırılması işləri də həyata keçirildi.

"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, yol geyiminin inşası üçün layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunmaqla yol əsasının inşası, çiyinlərin bərkidilməsi, buna paralel olaraq isə yol əsası hazır olan ərazilərdə 6 metr hərəkət hissəsi nəzərə alınmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparıldı. Beləliklə qeyd edilən 10 km-lik Avşar kəndinə gedən yol aşınma lay asfalt-beton örtüyünə qədər olmaqla inşa edildi. Həmçinin 5.6 km-lik Avşar kəndin daxili yollarında yol yatağının tikintisi tam olaraq yekunlaşdırılaraq asfalt örtüyü vurulması üçün hazır vəziyyətə gətirildi.
Hazırda dövlət başçısının Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun tikintisinin yekunlaşdırılması ilə bağlı imzaladığı əlavə tədbirlər haqqında Sərəncamına əsasən, sözügedən layihə üzrə işlər sonuncu mərhələdə davam etdirilir.

Belə ki, Salmanbəyli kəndinə gedən 8 km-lik yolun və sözügedən kəndin 2.9 km-lik daxili yollarının yenidənqurulması işləri aparılır, yeni torpaq yatağı və yol əsası inşa edilir, suötürücü borular quraşdırılır. Yaxın günlərdə Avşar kəndinin 5.6 km-lik daxili yollarının asfaltlanması və kənd ərazisində Yuxarı Qarabağ Kanalı üzərində biraşırımlı körpünün inşasına da start veriləcək.

Ardıcıllıqla isə yenidənqurma işləri layihə üzrə Aşağı Avşar və Xocavənd kəndlərinə gedən 9.4 km-lik yollarında, həmçinin sözügedən kəndlərin 5.1 km-lik daxili yollarında davam etdiriləcək.

Layihənin sonunda zəruri olan 4 yerdə avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yollar boyu 72 yol nişanlı və məlumatverici lövhə, 840 təhlükəsizlik dirəyi və km göstəricilərinin quraşdırılması, həmçinin xətlənmə işlərinin aparılması ilə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan yenidənqurma işlərinin nəticəsində həmin ərazidə yaşayan 14 min vətəndaşımız respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə yoluna rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə və qonşu rayonların bazarlarına tez və xarab olmadan daşımasına imkan yaranacaq.
Ağcabədi-Xocavənd yolunda işlər yekunlaşmaq üzrədir - FOTO
Ağcabədi-Xocavənd yolunda işlər yekunlaşmaq üzrədir - FOTO
Ağcabədi-Xocavənd yolunda işlər yekunlaşmaq üzrədir - FOTO
Ağcabədi-Xocavənd yolunda işlər yekunlaşmaq üzrədir - FOTO

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər