Polisdən əməliyyat: Torpağın altından görün nə tapdılar?



Balakən Rayon Polis Şöbəsi son 1 həftə ərzində üzərində odlu silah-sursat gəzdirən və narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən 8 nəfəri saxlayıb. Onlardan ümumilikdə 13 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini "Nəriman” adlı şəxsin idarə etdiyi avtomobildə odlu silah daşıması barədə polisə məlumat daxil olub. Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Nəriman Mağliyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən külli miqdarda heroin, idarə etdiyi "VAZ-2107” markalı avtomobildən isə "Kalaşnikov” avtomatı, həmin silaha məxsus iki daraq və 53 patron aşkar edilərək götürülüb.

Rayon ərazisində narkotik vasitələrin satışını, daşınmasını təşkil edən şəxslərə qarşı şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı isə 7 nəfər tutularaq istintaqa təqdim olunublar. Keçirilən ilk tədbir zamanı Meşəşambul kənd sakini, keçmiş məhkum İsa Qurdayev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə və yaşadığı evin həyətindəki tövləyə baxış keçirilərkən ümumilikdə 11 kiloqrama yaxın marixuana, 6 ədəd çətənə bitkisi və kənd ərazisində ötən il becərdiyi narkotik tərkibli bitkilərin hissələri aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində həmin narkotik vasitəni becərdiyi çətənə kollarından əldə etdiyini bildirib. "Ağ ölüm”ün qarşısının alınması istiqamətində keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində isə daha 6 nəfər rayon sakini- Mehman Kaltayev, Mahir Nəbiyev,Vüqar Bodurov, Azər Məmmədov, Ramiz Qıstarov və Kamil Maqamedov saxlanılıb. Onların üzərindən və Kamil Maqamedovun rayon ərazisində torpağın altında şüşə qablarda gizlətdiyi külli miqdarda marixuana, eləcə də heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir

Son xəbərlər

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR

Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb

Rusiyada miqrantlarla bağlı sərt qayda: onlar vətəndaşlıqdan məhrum edildi

Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi

ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ

Fermer əmin etdi: Bu tarixdən pomidor ucuzlaşmağa başlayacaq

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı xəbərdarlıq etdi

Abşeronda avtomobil qəzası olub, xəsarət alan var

Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər

ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."

Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü

İlk dəfə açıqlandı: Bakı və İrəvan arasında birbaşa əlaqə necə yaradılır?

Xəritə yayıldı, bu ərazilər Azərbaycanın nəzarətinə keçir - Ermənistan iflic olacaq

Astana Bakı-İrəvan danışıqlarına ev sahibliyi edə bilərmi?

Bütün xəbərlər