Polis əməliyyat keçirdi: Narkotacirlər saxlanıldı - FOTO

Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şəki şəhər sakini Pərviz Salamov, Mingəçevir şəhər sakini Feruz Paşayev və Göyçay rayon sakini Emil Eyubov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan “Kanal1.az”-a verilən məlumata görə, saxlanılan şəxslərin üzərlərinə şəxsi axtarış keçirilən zaman Pərviz Salamovdan çəkisi 17.481 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Feruz Paşayevin idarə etdiyi "KİO-RİO" markalı avtomobilə baxış keçirilən zaman oradan 1 kq 85 qram narkotik vasitə olan heroin və 5 kq 600 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. İlkin dindirilmə zamanı P.Salamov narkotik vasitəni, hələlik kimliyi istintaqa məlum olmayan İran vətəndaşından sifariş etdiyi və Gəncə şəhər ərazisindən götürdüyünü bildirib.

Şöbə əməkdaşlarının keçirdikləri daha bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə hesab olunan tiryək qanunsuz dövriyyədən çıxarılıb. Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, müştəri qismində "Opel" markalı taksiyə əyləşərək Bakı şəhər istiqamətində hərəkətdə olan, Abşeron rayon sakini Rais İbrahimov Hacıqabul rayonu ərazisində saxlanılıb. Onun əlindəki sellofan torbaya baxış keçirilən zaman 5 ədəd politelen bükümlərdə ümumi çəkisi 4 kq 175 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Polis əməliyyat keçirdi: Narkotacirlər saxlanıldı - FOTO
Polis əməliyyat keçirdi: Narkotacirlər saxlanıldı - FOTO
Polis əməliyyat keçirdi: Narkotacirlər saxlanıldı - FOTO

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər