Azərbaycan Ordusunun son əməliyyatı: Siyasi nəticələri necə olacaq? - VİDEO




Azərbaycan ordusu Qarabağda keçirdiyi son əməliyyatla separatçıların silah-sursat daşıdığı yolu nəzarət altına götürüb. Beləliklə, separatçıların Ermənistanla bütün əlaqələri Bakının nəzarətinə keçib.

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli prossesin siyasi nəticələri haqqında Publika.az-a danışıb.

"Biz çox böyük və nadir bir işin başlanğıcını qoymuşuq. Müzəffər ordumuzun xüsusi təyinatlıları bir güllə belə atmadan ermənilərin uzun müddətdir alternativ yol kimi istifadə etdikləri kommunikasiya yollarına nəzarəti ələ almışıq. Beləliklə də, suverenliyimizi Qarabağın böyük hissəsinə yaya bilmişik. Hesab edirəm ki, bundan sonra da həmin prosseslər bu cür lokal xarakterli əməliyyatlarla davam edəcək. Diqqət yetirilməsi vacib olan məqamlardan biri də odur ki, rəsmi Bakı göstərdi ki, bu addımlarla öz suveren ərazisində istədiyi kimi davrana bilər və praktiki olaraq qeyri-qanuni fəaliyyətlərə imkan verməyəcək”.

Politoloq bildirib ki, bizim gündəliyimizdə Ağdərə, Kəlbəcər yolu, Sərsəng su anbarı məsələsi, Ermənistanı sülhə sövqetmə mövzusu, separatçıları rəsmi Bakı ilə danışıqlara məcburetmə xətti var.

"Bunların hər birinə nail olacağıq. Güman edirəm ki, atılan addım artıq alternativ yollarda dayaq məntəqələrinin yaradılması, ordumuzun dayaq nöqtələrinin qurulması, gələcəkdə digər yaşayış məntəqələrinə qədər Azərbaycan hakimiyyətinin suveren hüquqlarının yayılması tədricən həyata keçiriləcək. Beləliklə, biz ərazi bütövlüyümüzü sözügedən ərazilərdə də tam bərpa edəcəyik”,- o deyib.

"Bu əməliyyatın nəticələri rəsmi Bakının Xankəndi üzərində təsiri imkanlarının artırılmasına gətirib çıxaracaq?" sualına politoloq belə cavab verib:

"Bu əməliyyatdan Ermənistan və separatçıların liderləri də ciddi dərs götürür, nəticə çıxarırlar. Şübhəsiz, separatçıların alternativ yollarının bağlanması Bakının Xankəndi üzərində təsir imkanını artıracaq. Əminəm ki, sülhyaratma prossesi daha rəvan gedəcək. Rəsmi Bakı ilə Xankəndi dialoqu da öz həllini tapacaq. Bütövlükdə 44 günlük müharibədə olduğu kimi lokal xarakterli hərbi əməliyyatlarla suverenliyimizlə bağlı yeni statusun formalaşmasına nail olacağıq”.

Q.Hüseynli vurğulayıb ki, prosses separatçıların Qarabağdakı erməni əhalisi üzərində təsirinin azalması ilə nəticələnəcək: "Bu isə ermənilər arasında inteqrasiyanın alternativi olmadığı mövzusunu gücləndirəcək”.

Son xəbərlər

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Bütün xəbərlər