Bəyanatdan iki il sonra: Qarabağa nəzarət əsgər kazarmasından keçir



Müharibəni başa çatdıran 10 noyabr razılaşmasının imzalanmasından iki il ötür:

- 4-cü bənd: erməni qoşunların Qarabağdan çıxarılması;

- 9-cu bənd: Naxçıvana maneəsiz keçidin təmin edilməsi;

Üçtərəfli bəyanatın ən çox müzakirə edilən və Ermənistan tərəfindən icra edilməyən iki əsas bəndi budur.

Razılaşmanın 6-cı bəndi – Laçın dəhlizinin marşrutunun dəyişdirilməsi bu ilin avqustunda həyata keçirildi, lakin bu, İrəvan tərəfindən anlaşmanın icrası yox, Bakının məcbur etməsinin nəticəsi idi: Azərbaycan "Qisas” əməliyyatı ilə dəhlizin marşrutunun dəyişdirilməsinə nail oldu və Laçın şəhərinin mərkəzinə də nəzarət bərpa edildi;

Proseslər, növbəti əməliyyatlara da zərurətin yarana biləcəyi yönündə inkişaf edir. Xüsusilə erməni qoşunların Azərbaycan torpaqlarından tam çıxarılması üçün məcburetmə əməliyyatı yeganə seçim olaraq görünür. Əliyevin son açıqlaması da bu gözləntini artırır.

Razılaşmanın imzalanmasından ötən iki il ərzində Bakı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərlə bağlı üç istiqamətində irəliləyiş əldə edib:

- Hərbi: Fərrux və "Qisas” əməliyyatı ilə Xankəndi ətrafında halqa daralıb, əsas strateji nöqtələrin Azərbaycan ordusunun nəzarətində olması həm psixoloji üstünlük, həm də mümkün əməliyyatlar üçün önəmlidir;

- Kommunikasiya: Laçın dəhlizinin marşrutunun dəyişməsindən sonra ermənilərin yaşadığı ərazilərə gedən qaz, elektrik enerjisi və digər nəqliyyat xətlərinə nəzarət güclənib; ötən qış baş verən qəza nəticəsində Xankəndinin qaz təchizatının kəsilməsinin yaratdığı nəticələr də bunu təsdiq etdi;

- Siyasi: həm Qərb, həm Rusiya masasından Qarabağ mövzusu çıxarılıb, "Qarabağ münaqişəsi”nin bitdiyi, ermənilərin Azərbaycan vətəndaşı olaraq bölgədə yaşaya biləcəyi mövqeyi güclənib;

Proseslərin mürəkkəbliyi və geosiyasi oyunçuların bölgədə məhz Qarabağ üzərindən hərəkət etməsi fonunda diqqətçəkən nəticələrdir.

Və proseslərdən çıxan bir nəticə də var: Qarabağa nəzarəti tam bərpa etmək üçün ordunun kazarmalardan çıxması zərurəti yaranacaq, nə ermənilər, nə ruslar başqa çıxış yolu qoymur.

Son xəbərlər

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

Bütün xəbərlər