TƏBİB Azərbaycanda uzunömürlülüyə təsir edən amilləri açıqlayıb
TƏBİB Azərbaycanda uzunömürlülüyə təsir edən amilləri açıqlayıb.

Qurumun icraçı direktorunun müavini Araz Nəsirov "Viva La Vida” uzunömürlülük üzrə ilk beynəlxalq konqres və sərginin açılış mərasimində bildirib ki, Azərbaycan qədim zamanlardan özünün uzunömürlüləri ilə tanınır.

Onun sözlərinə görə, uzunömürlülük yolunda vacib və ilk addım bədənin fiziki ehtiyatlarının dəqiq diaqnozudur:

"Ölkəmizdə uzunömürlülərin çox yaşamasının bir neçə səbəbi var. İlk olaraq onlarda adaptiv-kompensator mexanizmlər güclü olur. Səbəblər arasında irsi, ekoloji faktorlar və yaşam tərzi də var. İrsi və ekoloji faktorlar, adətən, bir-birini şərtləndirir. Azərbaycanda 90 yaşına çatmış insan uzunömürlü hesab edilir. Dünya üzrə bu yaş həddi 100-dür. Statistikaya əsasən, ölkəmizdəki uzunömürlülər daha çox görmə və eşitmə üzvlərinin xəstəliklərindən əziyyət çəkirlər”.


A.Nəsirov əlavə edib ki, bu gün bütün dünyada tibb elminin qarşısında yalnız hansısa xəstəliklərin müayinə və müalicəsi, cərrahi müdaxilələr və s. dayanmır:

"Bu gün dünya tibbi insanların həyat keyfiyyətini yaxşılaşdırmağı, uzunömürlülüyü təmin etməyi də əsas hədəflərə çevirib. Yaşlanma prosesini yavaşlatmaq, alternativ psixologiya metodları ilə beyin və zehni sağlamlığı təmin edərək mənəvi uzunömürlülüyə nail olmaq, yaşlanma əleyhinə təbabət - kök hüceyrə və gen terapiyası texnologiyaları kimi sahələrə daha çox diqqət göstərmək müasir səhiyyənin qarşıya qoyduğu əsas məsələlərdəndir. Düşünürəm ki, bu sahələrdə də kifayət qədər yeniliklərə imza atılır, müasir tendensiyalar izlənilərək davamlı sağlamlıq üçün uğurlu metodlar tətbiq olunur.

TƏBİB olaraq biz də tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə vətəndaşların həyat keyfiyyətini artırmağa, uzun və sağlam yaşamalarını təmin etməyə çalışırıq. Eyni zamanda insanları aktiv həyat tərzinə, sağlam qidalanmaya üstünlük verməyə və zərərli vərdişlərdən uzaq olmağa çağırırıq”.

Son xəbərlər

Kəsilən ağaclara cənab Muxtar Babayev vicdanı qarşısında necə göz yumur?

Ucarda 27 ton ot bağlaması yanıb

101-ci gün: Yağışlı hava şəraiti ekoaksiya iştirakçılarına mane olmur

Diyetoloq: “Dəriyə yod sürtmək faydasızdır”

Britaniya Ukraynaya tərkibində uran olan mərmilər verəcək

İstanbulu su ilə təmin edən bənd qurumaq üzrədir

Yazda Kür çayının suyu artacaq? - AÇIQLAMA + VİDEO

Şəmkir sakini kabab manqalında yandı

İran Təbrizdəki aviabazanı tam hazırlıq vəziyyətinə GƏTİRDİ

Ermənistan mülki nəqliyyat vasitələri ilə silah daşıyır - VİDEO

Bakıda minik avtomobili yanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Polşanın Fransadakı səfiri: “Ukrayna məğlub olarsa, Polşa Rusiya ilə birbaşa qarşıdurmaya getməli olacaq”

Güləşçimiz Avropa çempionatında qızıl medal qazanıb

Rusiyanın indi bu silahları var, amma...

Kardioloq kardionevroz və infarkt arasındakı FƏRQİ AÇIQLADI

Xankəndi-Laçın yolunda ekoaksiyanın 99-cu günü: Etirazçılar tələblərini irəli sürürlər

Ukrayna sərhədçiləri Baxmuta dörd hücumu dəf ediblər

Rusiya şəhərində fövqəladə vəziyyət elan edildi

Kür çayında suyun səviyyəsi qalxıb: Su istifadəçiləri hansı tədbirlər görməlidir?

Bakının mərkəzində silahlı hücuma məruz qalan Nicat “Lənkəranski” həbs olundu

Bakıda mağazada kütləvi zəhərlənmə olub

Kahramanmaraşda zəlzələ: Ətraf vilayətlərdə də hiss olundu

Bu gündən Şuşaya turist səfərləri başlayır

Xankəndi-Laçın yolu: Aksiya iştirakçıları 97 gündür dünya ictimaiyyətinə çağırışlar edirlər

NATO: “Rusiya Baxmutda hər gün 1500-dək hərbçisini itirir”

Ermənistan Qarabağda müharibəyə hazırlaşır - VİDEO

Ermənistan Moskvada keçirilən turizm sərgisində niyə iştirak etmir?

XİN rəsmisi İƏT-ə üzv olan ölkə nümayəndələrini Ermənistanın təxribatları barədə məlumatlandırıb

İranın Azərbaycanla bağlı üç ssenarisi - VİDEO

Messi “Barselona”ya qayıtmaq istəyir

Xankəndi-Laçın yolunda ekoaksiyanın 96-cı günü: Tələblər dəyişməz, şüarlar eyni

Rusiyada hərbi komissarlıq: “Səfərbərlik tamamlanmayıb”

Bütün xəbərlər