"Azərbaycanda karantin rejiminin şərtlərinə yenidən baxıla bilər" - TƏBİB
"Bir neçə həftə əvvəl koronavirusa yoluxma ilə bağlı vəziyyət bizim xeyrimizə idisə, son günlərdə bu istiqamət dəyişib. Görürük ki, günlük yoluxma mənfi tendensiya üzrə inkişaf edir”.

Bunu APA-ya açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib. O bildirib ki, hazırki vəziyyət ağırlaşmağa doğru gedəcək: "Artıq bütün dünya ölkələrində karantin rejiminin yumşaldılmasından sonra yoluxma sayının artdığını görə bilirik. Bir gün ərzində bu qədər əlavə yoluxmanın olması ciddi rəqəmdir. Yoluxma bu şəkildə gedərsə, biz təkrarı yaşaya bilərik.

Niyə yoluxma sayı artdı? Belə bir sual qoyaq. Yoluxma sayının artmasının bir çox səbəbi var. Baxmayaraq ki, biz həmişə yumşaldılmalardan sonra yoluxma sayının artma riskinin olduğunu deyirdik. İnsanlara deyirdik ki, yumşalmalar olmasına baxmayaraq, qaydalara daha ciddi əməl etməliyik. Bəzən insanlar bunu səhv başa düşürlər. Karantin rejimində yumşaldılma olduğu halda demək risk yoxdur deyə düşünə bilirlər. Amma tam tərsinə, yumşaldılma olması bizi daha da diqqətli etməlidir. Virusun yayılmasının qarşısının alınması üçün bu, zəruridir. Amma məhdudiyyətlərin aradan qaldırılması, payız mövsümünün gəlişi, insanların qaydalara ciddi riayət etməməsi yoluxmanın artmasına səbəb olub. Sadəcə bunlar deyil, son günlərdə ön cəbhədə Azərbaycanın haqq savaşı gedir, bütün insanların diqqəti ordadır. Yəni, fikirlər ön cəbhəyə yönəldiyinə görə artıq koronavirus anlayışı aktuallığını itirib. Belə məqamda hamımızın diqqəti qələbə xəbərləri gözləməyə yönəlib. Bununla insanlar zəruri dediyimiz maska taxmaq, sosial məsafənin qorunması anlayışını unudurlar”.

V.Əliyev qeyd edib ki, son günlərdə əsgərlərlə mülki şəxslərin ciddi sıx təması olub: "Könüllü şəxslər hərbi komissarlığın qarşısında orduya yazılarkən ara məsafəsi qorunmurdu. Təbii ki, o anda onlar düşünülmür. Hər birimizin Azərbaycan övladı olaraq düşündüyümüz ön cəbhə, erməni separatçılarına qarşı mübarizə aparmaqdır. Amma arxa cəbhədəki virusu da unutmamalıyıq. Koronavirus sərhəd tanımır. Koronavirus ölkə daxilində insanın vəzifəsini, tutduğu mövqeyə baxıb xəstəlik yaratmır. Biz daha əvvəl də bunun şahidi olmuşuq. Yəni əsgər, zabit, mülki vətəndaş olsun, koronavirusa yoluxarsa, bugünki gün üçün ölkə daxilində hər kəsi yoluxdura bilər”.

İnfeksionist vurğulayıb ki, xəstəliyə yoluxma sayı artarsa, yaxın gələcək üçün qazana biləcəyimiz hərbi uğura mənfi təsir göstərə bilər: "Biz insanlarımızın sağlamlığını düşünərək eyni zamanda əsgər və zabitlərimizin də sağlamlığına təsir göstərmiş oluruq, yəni bunu da nəzarətdə saxlaya bilirik. Əgər daxildə koronavirusa yoluxmanın qarşısını ala bilməsək, bu, daha da geniş arealda yayılacaq. Virus ordu sıralarına qədər yayıla bilər. Təbii ki, o zaman xəstəliyin qarşısını almaq çox çətin olacaq”.

V.Əliyev COVID-19-a yoluxma sayının artıma doğru gedəcəyini də qeyd edib. Onun sözlərinə görə, insanlar qaydalara əməl etməsə, karantin rejiminin şərtlərinə yenidən baxıla bilər: "Mövcud vəziyyətdə onsuz da ağır günlərdən keçirik. Hər bir azərbaycanlı bəzən orduya necə dəstək olacağı haqda düşünür. Məncə, ən böyük dəstək vətəndaş məsuliyyəti, bildiyimiz işi doğru etməkdir. Yəni, hər bir insan fərdi məsuliyyətindən irəli gələrək öz sağlamlığını qorumaq və virusun yayılmasının qarşısını almaqla, vətənə, xalqa ən böyük faydalılığını göstərə bilər".

Son xəbərlər

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

İranın Azərbaycana qarşı riyakar planı: Bu iki mesajı ona görə verir ki...

Bu qadınlar pensiyaya tez çıxacaq

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Yazın gəlişi bəzi infeksion xəstəliklər gətirir: Necə qorunmalı? - Professor izah edir

ÜST-dən QORXULU AÇIQLAMA: "Martda 25 mindən çox insan..."

Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

Dünya fəlakətin bir addımlığında: Peyğəmbərin dedikləri gerçək olur

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bütün xəbərlər