Türkiyə mediası: Azərbaycanın könüllüləri də zəlzələdən zərər çəkənlər üçün səfərbər olunub


Türkiyə mediası Azərbaycan Prezidentinin və xalqının qardaş ölkədə baş verən təbii fəlakət bölgələrinə yardımlarına, göstərdiyi maddi-mənəvi dəstəyə dair informasiyalara geniş yer ayırmağa davam edir.
AZƏRTAC xəbər verir ki, nüfuzlu media qurumlarında Prezident İlham Əliyevin məsələyə son dərəcə həssas münasibəti, maddi vəziyyətindən asılı olmayaraq, hər bir azərbaycanlının qardaş Türkiyəyə yardım göstərməsi barədə xəbərlər yenə də əsas yer tutur.
Anadolu Agentliyində dərc olunan "Azərbaycanlı tələbələr və müəllimlər Türkiyənin zəlzələdən zərər çəkmiş Kahramanmaraş şəhərini tərk etməkdən imtina ediblər” sərlövhəli yazıda deyilir ki, ötən həftə on minlərlə insanın ölümünə səbəb olan güclü zəlzələlərin mərkəzi Kahramanmaraşdakı Sütçü İmam Universiteti onlarla azərbaycanlı tələbə və müəllimi qəbul edib. Elxan Qurbanlı da onlardan biridir. Fevralın 6-da baş verən zəlzələdən sonra Azərbaycan hökuməti öz vətəndaşları üçün şəhərdə təxliyə prosesinə başlayıb. Qurbanlı və onlarla başqası Azərbaycana yola düşəcəkləri paytaxt Ankaraya avtobuslara mindiriliblər. "Ankaraya çatanda nə isə məni geri çəkdi, "gedə bilməzsən, burada qalmalısan” dedi. Bunun iki səbəbi var. Birincisi, biz iki fərqli dövlət olsaq da, bir millətik. Biz hər ağrıda birləşməli, birlikdə mübarizə aparmalıyıq”, - deyən Elxan Qurbanlı əlavə edib: "Uğurlarımın çoxunu bu şəhərə və onun insanlarına borcluyam, ona görə də burada qalmaq məcburiyyətində olduğumu hiss etdim və Ankaradan qayıtdım”.
"sabah.com.tr” saytında "Azərbaycanın könüllüləri zəlzələdən zərər çəkənlər üçün səfərbər olunub” sərlövhəli məqalədə vurğulanıb ki, Kahramanmaraş və Elbistan rayonlarında baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra 10 vilayətdə böyük dağıntılar baş verib. "Yaraları sağaltmaq üçün beynəlxalq yardım çağırışına ilk cavab can Azərbaycandan gəlib. Azərbaycanın axtarış-xilasetmə qrupları zəlzələ baş verən ilk gündən bölgəyə gələrək dağıntılar altında qalmış insanların xilasetmə işlərində iştirak edirlər. Azərbaycanın yardımı təkcə axtarış-xilasetmə qrupları ilə məhdudlaşmır. Yüzdən çox Azərbaycan gənci "Bir yumruq, bir ürək, bir can” şüarı ilə Kahramanmaraşda yaraları sarmağa çalışır”, - deyə yazıda qeyd edilib.
"bursahakimiyet.com.tr” saytında yerləşdirilən materialda Azərbaycandan gələn yardımlar arasında yer alan məktublara diqqət çəkilir. Vurğulanır ki, bir paltarın üzərinə yazılan qeyddə deyilir: "Allah yar və yardımçınız olsun. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik. Canımızla, qanımızla yanındayıq, Türkiyəm!”.
"memleket.com.tr” portalında yerləşdirilən "Azərbaycan xilasetmə qrupları Kahramanmaraşda 53 nəfəri sağ xilas edib, 729 nəfərin cəsədi tapılıb” sərlövhəli informasiyada deyilir ki, Türkiyədə baş verən zəlzələlərdən dərhal sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qrupları dağıntı sahələrində fasiləsiz olaraq işlərini davam etdirirlər. Azərbaycanlı xilasedicilər dağıntılar altında qalan 53 nəfəri sağ çıxarıb, 729 nəfərin cəsədini tapıblar. Qeyd edilib ki, Azərbaycanın bu şəhərdə yaradılmış 2 səhra xəstəxanasında indiyədək 512 nəfər müalicə olunub. Zəlzələ bölgəsində axtarış-xilasetmə işlərində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 760 nəfərlik şəxsi heyəti, o cümlədən tibb işçiləri iştirak edirlər

Son xəbərlər

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Bütün xəbərlər