Polis mayoru: “Yağışlı havada sürəti deyil, məsuliyyəti artırmaq lazımdır”
"Yağışlı
hava şəraiti zamanı sürət həddini aşan sürücülərin yol-nəqliyyat
hadisələrinə səbəb olmaları ilə bağlı faktların sayında artım olub. Bu
səbəbdən də sürücülər dəyişkən hava şəraiti olduqda sürət həddini deyil,
məsuliyyəti daha da artırmalıdırlar”.
Oxu.Az xəbər verir ki, bu
fikirləri Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə
şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev AzTV-nin efirində
yayımlanan "Çıxışa doğru” proqramında nəqliyyatın sıxlığı ilə bağlı
mövzuya münasibət bildirərkən deyib.
O bildirib ki, bir yolda ki sürət həddi 90 km/saat müəyyən olunubsa, yağışlı havada sürücü məhz bu sürətlə hərəkət etməli deyil:
"Hava
şəraiti nəzərə alınmalı və təyin edilən sürət həddi çərçivəsində orta
sürət həddi seçilməlidir. Avtomobillər qışa hazırlıqlı olmalıdır, nasaz
nəqliyyat vasitəsi ilə yola çıxmaq olmaz. Nasaz avtomobillərlə bağlı
dövlət proqramı çərçivəsində aidiyyəti qurumlar tərəfindən tədbirlər
görülür. Təəssüf ki, bu gün yollarda təhlükəsizlik baxımından müəyyən
standartlara cavab verməyən nəqliyyat vasitələri var. Yaxın gələcəkdə bu
nəqliyyat vasitələrinin daha yeniləri və ən əsası - təhlükəsizlik
normalarına, standartlara cavab verən avtomobillərlə əvəz edilməsi üçün
addımlar atılacaq”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay