Azərbaycanın inkişaf strategiyasının müəllifi - Prezident İlham Əliyev

 

 

 

XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. 2003-cü il oktyabrın 15-dən bu günə qədər ötən dövrdə - 19 il ərzində Azərbaycanın qazandığı uğurlar dövlətimizin başçısının yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasətinin məntiqidir. 2003-cü il oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına tarixi müraciətində öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirmişdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Sabitlik, təhlükəsizlik və inkişaf 19 illik Azərbaycan tarixini xarakterizə edən əsas amillərdir və bu bir daha onu göstərir ki, Ulu Öndər tərəfindən göstərilən etimadı Prezident İlham Əliyev qısa bir zamanda doğrultmuş oldu. Yüksək liderlik keyfiyyətlərinə malik olan Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi zaman məsafəsində ölkəmiz Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, qüdrətli dövlətinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildə andiçmə mərasimində "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm", - deyərək ölkəyə rəhbərliyi dövründə bunu fəaliyyəti ilə sübut etdi. Əlbəttə ki, bu günün real mənzərəsi Azərbaycanın qüdrətli ölkə olduğunu göstərir.

Bu fikirlər Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanovun "Azərbaycanın inkişaf strategiyasının müəllifi - Prezident İlham Əliyev” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Hələ 2003-cü ildə xalqın yekdil dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilərkən İlham Əliyevin "Mən hər bir azərbaycanlının Prezidenti olacağam!" sözləri də qısa bir zamanda özünü doğrultdu. Xalqın Liderinə inam və etimadın nəticəsidir ki, 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində İlham Əliyevin Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanması və seçkilərin nəticələri Azərbaycan xalqının öz Prezidentinə olan inamının ifadəsi idi. Bu səs Azərbaycanın gələcək inkişafına, tərəqqisinə verilən səs idi. 2018-ci ildə keçirilmiş seçkilər bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur.

Bu gün, məhz uğurlu iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycan modeli dünyada tanınır və qəbul edilir. Müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlər - tarixi gerçəklikləridir. Müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər gerçəkləşib. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Ölkə Prezidenti İlham Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir: "İkitərəfli əlaqələr inkişaf edir, biz dünyada daha çox dostlar qazanırıq. Üzv olduğumuz bütün təşkilatlarda bizim sözümüzün böyük çəkisi var".

Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Vurğulamaq yerinə düşər ki, Azərbaycan diplomatiyasının uğurları yalnız BMT ilə deyil, digər nüfuzlu təşkilatlarla da sıx əlaqə yaratmasına imkan verib. Azərbaycanın ATƏT, İslam Konfransı Təşkilatı, Avropa Şurası, GUAM, Avropa İttifaqı, NATO və digər tanınmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi ölkəmizə olan inam, etimad, diqqətdir. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsidir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı.

Azərbaycanın gələcəyinə xidmət edən enerji strategiyası, çoxşaxəli enerji siyasəti ölkəmizi regional və qlobal əhəmiyyətli bir mərkəzə çevirib. Azərbaycan enerji üzrə əlaqələrdə regional və qlobal əhəmiyyətini, eləcə də özünün enerji potensialını düzgün qiymətləndirərək, əlaqələri bu əsasda qurur. Ölkəmizin enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı olan Avropa regionu ölkələrinin enerji təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir. Bu gün, tam cəsarətlə demək olar ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli yaranıb. Ulu Öndərin siyasətini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində, Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib. Bütün sahələrdə görülən işlər və qazanılan uğurlar onu göstərir ki, Azərbaycan xalqı düzgün seçim edib. Bu gün müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər keçirilir.

 

Son xəbərlər

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

“VEYSƏLOĞLU” Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Milyonçu Adnan Əhmədzadənin “Rahat market”i işçiləri qula çevirib

İcra başçısının qohumu həbs edildi.Növbə Başçıya da çatacaq…

Xəbərdarlıq: Yer kürəsini bürüyən “qırmızı” maqnit qasırğasının 5 FƏSADI

İlham Əliyev bu qanunu təsdiqlədi

Qız oğlana, oğlan qıza bənzəyir: Azərbaycanı bürüyən bəlanın qarşısı necə alınmalıdır?

İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Türkiyə Ermənistanla sülh istəmir: 4 kəndin Azərbaycana qaytarılması İranda necə qarşılanıb?

Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR

Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb

Rusiyada miqrantlarla bağlı sərt qayda: onlar vətəndaşlıqdan məhrum edildi

Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi

ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ

Fermer əmin etdi: Bu tarixdən pomidor ucuzlaşmağa başlayacaq

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı xəbərdarlıq etdi

Abşeronda avtomobil qəzası olub, xəsarət alan var

Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər

ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."

Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü

İlk dəfə açıqlandı: Bakı və İrəvan arasında birbaşa əlaqə necə yaradılır?

Xəritə yayıldı, bu ərazilər Azərbaycanın nəzarətinə keçir - Ermənistan iflic olacaq

Astana Bakı-İrəvan danışıqlarına ev sahibliyi edə bilərmi?

Bütün xəbərlər