Heydər Əliyev: "Gərək nəbzin Vətənin nəbzi ilə vursun”.

Bu gün müstəqil, güclü və qalib Azərbaycan beynəlxalq aləmdə söz sahibi, iqtisadiyyatı davamlı inkişaf edən bir ölkədir. Azərbaycanın bugünkü uğurlarının təməli müstəqil dövlətimizin memarı və qurucusu, hər zaman fəxr etdiyimiz və qürur hissi ilə xatırladığımız ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir şəxsiyyətdir. Ulu öndər Azərbaycan xalqının və dövlətimizin inkişaf tarixini yaradan, tarix yazan dahidir. Ümummilli liderin hələ sovetlər dönəmində - 1969-1982-ci illərdə ölkəmizə rəhbərlik edərkən həyata keçirdiyi uğurlu siyasət Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edib. XX əsrin 90-cı illərinin əvvəllərində yenicə müstəqillik əldə edən Azərbaycan siyasi böhran, iqtisadi tənəzzül dövrünü yaşayırdı. 1993-cü ildə xalqın təkidli istəyilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu və ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi. 
Ulu Öndər deyirdi: "Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir”. 
Ümummilli liderin müəllifi olduğu və 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi” ilə əsası qoyulan yeni neft strategiyası Azərbaycan iqtisadiyyatını kökündən dəyişməklə, ölkə qarşısında yeni üfüqlər açdı. Azərbaycan xalqının zəngin enerji sərvətlərinə sahibliyi təmin olundu. Neft-qaz sektoruna xarici investisiyalar cəlb edilməklə, enerji resurslarımız dünya bazarına çıxdı. Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum kəmərlərinin istifadəyə verilməsi, "Bakı-Tbilisi-Ceyhan”ın dünya "arteriya”sı kimi neft kəmərləri sisteminə daxil olması ölkənin iqtisadi inkişafında mühüm yer tutdu. Uğurlu neft-qaz strategiyası sonrakı illərdə Cənub Qaz Dəhlizinin işə düşməsini, TANAP və TAP kəmərələri vasitəsilə Azərbaycan qazının Avropaya çıxışını təmin etdi.  
Neft-qaz layihələri ölkənin iqtisadi tərəqqisinə, xalqın sosial rifahının yüksəlməsinə xidmət edərək, həm respublikanın daxilində sabitliyin bərqərar olunmasında, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. Neft gəlirlərinin nəsillər arasında ədalətli bölüşdürülməsi üçün vəsaitin Dövlət Neft Fondunda toplanılması ilə "qara qızıl”ın insan kapitalına çevrilməsinə, əhalinin, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına nail olundu.
Müstəqillik əldə etdikdən sonra ölkəmiz üçün qarşıda duran əsas məsələlərdən biri liberal iqtisadiyyatın təmin olunmasına, planlı təsərrüfat mexanizmlərindən yeni bazar münasibətlərinə keçidə, azad sahibkarlığa təkan verəcək proqramların hazırlanıb həyata keçirilməsi idi. 1995-ci ilin 29 sentyabrında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi Dövlət Proqramı”nın təsdiq edilməsi ilə ölkəmizdə özəlləşdirmənin əsası qoyuldu. Bu strateji plana əsasən ölkədə iqtisadiyyatın liberallaşdırılması, xüsusi mülkiyyətçilər təbəqəsinin yaradılması və azad sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı geniş tədbirlər həyata keçirildi.  
Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra MDB məkanında ilk dəfə Azərbaycanda torpaq islahatları aparıldı. 1996-cı il iyulun 16-da "Torpaq islahatı haqqında” mühüm qanunun qəbulu ilə başlayan köklü aqrar islahatlar nəticəsində torpaq öz sahibinə verildi və bununla da Azərbaycanda vətəndaşlar torpaq mülkiyyətçisinə çevrildilər. Ölkəmizdə aparılan torpaq islahatları tarixə "Heydər Əliyev torpaq islahatları” modeli kimi düşdü. Torpaq islahatları regionların sosial-iqtisadi inkişafının əsasını qoydu. 
Respublikamızın hər bir bölgəsinin inkişafı və sosial-iqtisadi tərəqqisi üçün böyük həcmli işlərə imza atan ulu öndər Heydər Əliyevin Sumqayıt şəhərinin inkişaf etmiş şəhər kimi formalaşmasında da tarixi xidmətləri var. Azərbaycanın, eləcə də Cənubi Qafqazın mühüm sənaye mərkəzlərindən biri kimi tanınan Sumqayıtın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider həm sovet dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi zamanı Sumqayıtda sənayenin müxtəlif sahələrinin qurulmasına, şəhərin sosial-iqtisadi, o cümlədən, elminin, təhsilinin, mədəniyyətinin inkişafına böyük töhfələr verib. Ümummilli liderin bu sənaye şəhərinə hər səfəri Sumqayıtın tarixində önəmli rol oynayıb. 
Bu gün müasir, güclü, davamlı inkişaf edən Azərbaycan ulu öndər Heydər Əliyevin Şah Əsəridir! Ümummilli liderin möhkəm ideoloji əsaslara söykənən siyasi xətti 2003-cü ildən sonra Azərbaycanın qüdrətli lideri, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 19 ildə ölkəmizin bütün sahələrində həyata keçirilən təkmil islahatlar Azərbaycanın daha da inkişaf etməsinə, güclənməsinə, beynəlxalq münasibətlərdə mühüm aktora çevrilməsinə gətirdi. Təbii ki, bu uğurların zirvəsində dayanan Azərbaycanın tarixi Zəfəridir. Ulu öndər Heydər Əliyevin tarixi torpaqlarımızın düşmən işğalından azad olunması istiqamətində apardığı haqq mübarizəsi onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən qalibiyyətlə başa çatdırıldı. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan Ermənistan 44 günlük Vətən Müharibəsində ağır məğlubiyyətə uğradılaraq, kapitulyasiyaya məcbur edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin etməklə ata vəsiyyətini yerinə yetirdi. Azərbaycanın Tarixi Zəfəri ümummilli lider Heydər Əliyev siyasətinin təntənəsidir! Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bugünkü Azərbaycan ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır! Müstəqil, güclü, daim inkişafda olan, qalib Azərbaycan!
Emin Hacıyev, zərbaycan Respublikası Milli Məclisinin deputatı

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər