GƏDƏBƏYDƏ IKINCI «BAŞKƏND MÜHARIBƏSI»BAŞLAYIB. FOTO-VIDEO

 

GƏDƏBƏYDƏ IKINCI «BAŞKƏND MÜHARIBƏSI»BAŞLAYIB. FOTO-VIDEO

 

GƏDƏBƏYDƏ IKINCI «BAŞKƏND MÜHARIBƏSI»BAŞLAYIB. FOTO-VIDEO

 

 Tarixən əhalisi azərbaycanlı olan Başkənd kəndinin ərazisinə ermənilər ilk dəfə 1859-cu ildə Qarabağdan və Şəmşəddin rayonundan köçürülmüşdülər. Onlar burada yerli bəylərin mal-qarasını otarırdılar. Ərazisi 61 km² olan Başkənd qəsəbəsi 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən haqsız olaraq Ermənistana verilmiş və 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni anklavı kimi qalırdı. Ermənilər tarixi Başkənd adını unutdurmaq üçün qəsəbəyə "Arsvaşen”adını qoymuşdular. Ermənilərin Başkənd kəndinə gəlişi XIX əsrin ortalarında başlayıb. Onlar burada yerli bəylərin mal-qarasını otarırdılar. 1905-1906-cı illər, 1918-1920-ci illər hadisələri zamanı isə azərbaycanlıları sıxışdırıb kənddən çıxartdılar.

Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu həmin ərazidən Azərbaycanın Gədəbəy rayonunun Şınıx bölgəsini və Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamaq üçün istifadə edirdi. 1992-ci ilin yayında Ermənistan ordusu Gədəbəy rayonuna Ermənistan tərəfdən hücuma keçdi. Məqsəd Başkəndin anklav vəziyyətindən çıxarılaraq Ermənistanla birləşdirilməsi idi.

İlk zərbəni baş leytenant Məzahir Rüstəmovun dəstəsi öz üzərinə götürdü, axıra qədər vuruşdu, əsgərlər və komandirləri qəhrəmanlıqla həlak oldular, lakin qarşı tərəfin hücumunu ləngitdilər. Azərbaycan Ordusu əks hücum planını həyata keçirməyə başladı. Əməliyyata korpus komandiri general-mayor Dadaş Rzayev, polkovnik Cahangir Rüstəmov, polkovnik Rəfayıl Əsədov, polkovnik Hamlet Hüseynov rəhbərlik edirdilər. Ermənilərin Mutudərə istiqamətində hücumunun qarşısı alındı və avqustun 8-də Başkənd üzərinə hücum başladı. Erməni silahlı birləşmələrinin ciddi müqavimətinə baxmayaraq axşama yaxın Başkənd azad edildi, erməni tərəfinin 200-dən çox canlı qüvvəsi, 4 topu, 3 tankı, 1 BMP və və digər texnikası məhv edildi. Beləliklə, Başkəndin ərazisi də daxil olduqda 1229 km² ərazisi olan Gədəbəy rayonunun ərazisi artaraq 1290[4] km² oldu…

İndi Başkənddə başqa "müharibə” başlayıb. Bu dəfə Azərbaycan hərbçiləri ilə Azərbaycan polisi arasında. Başkənd sakinlərinin verdikləri məlumata görə, kənddə əkin əkən sakinlər vaxtilə ermənilərin çəkdikləri köhnə yeraltı su borularını aşkarlayıblar. Hər birinin uzunluğu 5 metr, diametri 300 mm olan, ümumi sayı 43 ədəd, və 215 metr uzunluğu olan «asinkovı» boruları çıxarıb yol çəkilişinə istifadə etməyə cəhd göstəriblər. Bu vaxt hadisə yerinə hərbçilər gəlib və boruların daşınmasını qadağan ediblər. Kənd sakinləri polisi çağırıblar. Hadisə yerinə Gədəbəy Rayon Polis Şöbəsinin Saratovka qəsəbəsi üzrə Polis Bölməsinin rəisi Yaşar İsmayılov da gəlib. Bu vaxt Yaşar müəllimlə «MTO-nun zampaliti» arasında insident yaşanıb. Zabit rəisə, əəəə deyə qışqıranda, Yaşar İsmayılov yumruqla onu təhqir edən zabitin ağzını partladıb. Daha sonra hər iki tərəfdən – yəni, həm hərbçilərdən yeni dəstə, həm də polis naryadı gəlib və aralarında əməlli-başlı əlbəyaxa çarpışma düşüb. Sakinlərin sözlərinə görə, dalaşanların sayı 100-ə yaxın olub. Boruları maşından düşərkən xəta baş verib. Hərbçilər arasında yaralananlar olub. Hadisə yerinə bir neçə təcili yardım maşını gəlib.(Hadisənin tam videosu var. Bəzi səbəblərə görə təqdim edə bilmirik)

Hazırki vəziyyət belədir ki, hərbçilər öz postlarını buraxıb ermənilərdən qalan boruları mühafizə edirlər. Yəqin ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı boruların aqibətinin müəyyənlkəşdirilməsini təmin edəcək. Lakin kənddə dolaşan başqa bir məlumata görə, borulara keçmiş briqada komandiri, hazırda də məsul vəzifədə çalışan Oruc adlı komandir əl qoyub və hərbçilərə də göstərişi o verdirib.

Həmin boruların dəyərini İcra Hakimiyyətin məsul şəxsləri 14000 manata dəyərləndiriblər.

 
 
 
 
 
 
 
 
 

Mövzuya qayıdacağıq.

Deryaz.az

 

Son xəbərlər

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA/VİDEO

Maqnit qasırğası zamanı bunları etmək olmaz - XƏBƏRDARLIQ

İrəvan Moskvanı yalan danışmaqda ittiham etdi: Belə xahiş etməmişik

Bu 4 tikili Azərbaycanın ərazisində qalacaq: Qriqoryan detalları açıqladı

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Bütün xəbərlər