Manşet
1.05.2022, 16:12
Qarabağdan İrəvana gedən avtomobildə silah-sursat aşkarlandı
Ermənistanın hüquq-mühafizə orqanları Qarabağdan İrəvana gedən avtomobildən iki ədəd pulemyot aşkar ediblər.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.
Hadisə mayın 1-də saat 06:40-da Sünik rayonunun Sisian şəhəri yaxınlığındakı magistralda baş verib. Avtomobildə olan 3 vətəndaşdan biri saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay