Ötən həftə Prezident İlham Əliyev ADA Universitetində çıxışı zamanı Ermənistanla sərhədlərin müəyyən edilməsi üçün SSRİ-nin hansısa rəsmi xəritəsindən istifadə etmək barədə erməni baş nazir Nikol Paşinyan və Rusiya lideri Vladimir Putinlə onun arasında razılaşma olub-olmadığına aydınlıq gətirib.
 
Prezident diqqətə çatdırıb ki, xəritələrlə bağlı bu günədək hər hansı bir baza mövcud deyil: "Bizim mövqeyimiz ondan ibarətdir ki, biz bütün xəritələrdən istifadə edəcəyik – 1918-ci ildən və hətta ondan əvvəlki dövrün xəritələrindən başlayaraq, Sovet İttifaqının dağıldığı dövrə qədərki xəritələrə qədər. Əlbəttə, bu, bizim birgə işçi qruplarımızın danışıqlarının tərkib hissəsi olacaq”.
 

 
Mövzu ilə əlaqədar Modern.az-a danışan politoloq Tofiq Abbasovun fikrincə, sərhədlərin müəyyən edilməsində əsas mənbə kimi 1918-ci ildən başlayaraq, 1991-ci ilə qədər qüvvədə olan xəritələrdən istifadə etmək məqsədəuyğundur. 
 
"Prezidentin bu cür sağlam, konstruktiv mövqeyinə erməni rəhbərliyi reaksiya verdi. Onlar yenə də narazıdırlar. Biz bilirik ki, bütün hallarda ermənilər narazı olacaqlar. Onlar cığallıq edirlər, yersiz hay-küy qaldırır, səslərini ucaldırlar ki, guya Azərbaycan düzgün mövqe tutmur. Ancaq burada nə düzgün sayılmaya bilər ki?! 
 
Ermənilərin ürəyincə olmayan budur ki, 1918-ci ildə İrəvan və Zəngəzur (ermənilər ora Sünik deyir) Azərbaycan torpaqları olub. İndiki Ermənistan torpaqlarının demək olar, hamısında azərbaycanlılar yaşayıb, buralar bizim əzəli torpaqlarımızdır. Bu torpaqların həqiqi sahibləri türklər, bizim ata-babalarımızdır. Ermənistanın XİN başçısı Ararat Mirzoyan axmaqcasına bəyanatla çıxış edib, istehza nümayiş etdirib. Onların həqiqətən bir az ağlı olsa, belə sərsəm bəyanatlarla çıxış etməzdilər. Bu nə ironiyadır? Siz məğlub olmuş ölkəsiniz, ağlamaq əvəzinə özünüzü toxtaq göstərməyə çalışırsınız. Yersiz, lazımsız, özündən müştəbehlik ifadə edən yanaşmadan çəkinməlisiniz".
 

 
Politoloq hesab edir ki, həqiqətən ensiklopedik biliklərə sahib olan şəxslər bu cür lazımsız hərəkətlərə yol vermirlər:
 
"İntellektual şəxslər lazım gələn məqamda, lazım olan məsələlərə aydınlıq gətirirlər. Onlar heç vaxt irəli atılmırlar. Ararat Mirzoyan kimi lazımsız müdaxilələr edənlər isə heç bir intellektə uyğun davranış sərgiləmirlər. 
Hesab edirəm ki, xəritələr, delimitasiya prosesi ilə bağlı Ermənilərin nümayiş etdirdiyi mövqe qeyri-adekvat olmaqla bərabər, həm də yersizdir.
 
Prezidentimizin qeyd edilən tarixdəki xəritələrə istinad edilməsi təklifi yerinə düşür. Delimitasiya və demarkasiya proseslərində məhz bu xəritələrdən istifadə ediləcəyini düşünürəm. Çünki başqa unikal variant yoxdur. Ermənilər bunu bəyənmirsə, əvvəlki dövrlərə aid xəritələr də var. Amma qeyd etdiyim kimi, istənilən halda bizə daha sərfəlidir. Çünki ermənilər özləri də bilir ki, Qafqaza sonradan köçürülüblər".

Son xəbərlər

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

"Əliyev Elçibəyin çıxardığı ordunu geri qaytardı" deyənlər... - Parlamentdə vacib müzakirə

Bütün xəbərlər